Binəqədidə dövlət qulluqçuları ilə bağlı təlim keçirilib
Tarix: 20.06.2014 | Saat: 22:46:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə YAP Binəqədi Rayon Təşkilatının inzibati binasında rayonun gənc dövlət qulluqçularına və bir qrup fəal gəncə “Dövlət qulluqçuları üçün etik davranış qaydaları” mövzusunda təlim keçirilib. Təlimdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının aparatının şöbə müdiri Yunis Hüseynov və aparatın əməkdaşları, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq sektorunun müdiri Vüqar Əsgərov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Raciv Qurbanov, rayonda fəaliyyət göstərən dövlət orqanlarının gənc əməkdaşları və ərazi ilk partiya təşkilatlarından nümayəndələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov tədbir iştirakçıları olan dövlət qulluqçularını qarşıdan gələn 23 iyun Dövlət qulluqçularının peşə bayramı münasibətilə təbrik edib, tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb. Ramiz Göyüşov tarixin bütün dövrlərində etik davranış qaydalarını tənzimləyən müvafiq sənədlərin olduğunu, ölkəmizdə dövlət qulluqçularının etik davranış qaydalarını tənzimləyən qanunun 31 may 2007-ci ildə qəbul olunduğunu qeyd edib. Sədr dövlət qulluğu sahəsində mütərəqqi qanunvericilik aktlarının mövcudluğunu, 21 iyul 2000-ci ildə “Dövlət Qulluğu haqqında Azərbaycan Respublikasının qanunu”-nun qəbul edildiyini bildirib. Dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunda mühüm məsələlərin əks olunduğunu qeyd edən Rayon Partiya Təşkilatının sədri bu prinsiplərin dövlət qulluğunda çalışan hər kəs üçün mühüm əhəmiyyət kəsb etməsinin vacibdliyini vurğulayıb. O belə bir maarifləndirici tədbirin təşkilinə görə bütün təşkilatçılara öz minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq sektorunun müdiri Vüqar Əsgərov mövcud qanunvericilik aktlarından danışaraq dövlət qulluğunun Azərbaycan Respublikasının Konstitusiyası, Dövlət qulluğu haqda qanun və digər normativ hüquqi aktlarla tənzimləndiyini qeyd edib. O idarəçilik, dövlət qulluğunda kateqoriyalar, etik davranış prinsipləri, mövcud standartlar haqda tədbir iştirakçılarına məlumat verib. Etik davranış qaydaları sahəsində beynəlxalq qanunvericiliyinin mövcudluğunu qeyd edən natiq dövlət qulluqçuları üçün etik davanış qaydaları haqqında qanunda vicdanlı davranış, loyallıq, ictimai etimad, maraqların toqquşması, əmlakdan istifadə, mədəni davranış və digər prinsiplərin oduğunu bildirib və bu prinsiplər haqda ətraflı məlumat verib. Effektiv idraəçilik prinsiplərindən danışan Vüqar Əsgərov Binəqədi Rayon İcra Hakimiyyətinin tətbiq etdiyi elektron xidmətlərin vətəndaşların etimadının artırılması istiqamətində böyük bir addım olduğunu vurğulayıb.
Sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Raciv Qurbanov Akademiyada mövcud olan “Dövlət qulluğu və kadr siyasəti” kafedrası haqda məlumat verib, kafedranın respublikada analoqu olmadığını, başqa heç bir tədris müəssisəsində belə bir kafedranın fəaliyyət göstərmədiyini qeyd edib. O etik davranış prinsipləri haqda danışaraq praktiki misallar əsasında dövlət qulluqçularının nümunəvi davranışı haqda tədbir iştirakçılarına geniş məlumat verib.
Sonra qonaqlar tədbir iştirakçılarını maraqlandıran ən müxtəlif məsələlərlə bağlı suallara cavab veriblər.
İlkin




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
Əhməd Əhmədzadə Sabirabadda vətəndaşlarla görüşüb
19.06.2019
Nəsimi rayonunda Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub
19.06.2019
38 min əhalinin istifadə etdiyi yolda yenidənqurma işləri yekunlaşır
18.06.2019
“Azərişıq” şagirdlər üçün ekskursiya təşkil edib
18.06.2019
Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info