Suaresi xilas edən həkim
Tarix: 21.06.2014 | Saat: 01:17:00 | E-mail | Çapa göndər


Uruqvay - İngiltərə matçında komandasının hər iki qoluna imza atan Luis Suares ilk dəfə fərqlənəndən sonra sevincini birinci növbədə komandanın həkimi Valter Ferreyra ilə bölüşüb. Təcrübəli hücumçu həkimini qucaqlayarkən əli ilə, qolu ona həsr etdiyinə də işarə vurub.
Qeyd edək ki, 63 yaşlı Valter Ferreyra ilə Suares 15 ilə yaxındır tanışdılar. Son olaraq ayağından zədələnən və bu səbəbdən əməliyyat olunan Uruqvay millisinin hücumçunun tez bir zamanda bərba olub İngiltərə ilə matça qədər hazır olmasında Ferreyranın müstəsna əməyi olub. Ferreyla Suaresin bərpası üçün onu ev şəraitində müalicə edib ki, bu da səbəbsiz deyil. Məsələ burasındadır ki, fizioterapevtin özü xərçəng xəstəliyindən əziyyət çəkir, bu yaxınlarda isə ximioterapiyadan keçib. “Millinin məşqçi heyətinə təşəkkür edirəm ki, Suaresə mənimlə adət etmədiyimiz şəraitdə müalicə olunmağa şərait yaratdılar. Mən özüm bazaya gedə bilərdim. Amma Suares özü mənim evimə gəlirdi. Bunu yüksək qiymətləndirirəm. Suaresə, ailəmə və həkimlərimə səhhətimlə maraqlandıqları üçün təşəkkür edirəm. Hislərimi ifadə etmək üçün başqa söz tapa bilmirəm”,- deyə həkim bildirib. Qeyd edək ki, müalicə müddətində Suaresə kimsə bazada rast gəlməyib. Ümumiyyətlə, həmin müddətdə futbolçunun rahatlığına görə onunla ünsiyyət qurulmayıb. “Luis standart normalara uyğun müalicə kursu keçib. Artıq 10 gün sonra o, trenajor zalında görünüb. 15 gün sonra qaçmağa, 16 gün sonra isə topla hərəkət etməyə başlayıb. Bu, futbolçunun zədəsinin bərpasında böyük bir nailiyyətdir”, - deyə Uruqvay mətbuatının yazısında bildirilir. Ferreyranın məsləhətlərinə əməl etmək Suaresə düşərli olub. O, zədəsini müalicə etdi və İngiltərə ilə oyunda iki qola imza atdı.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sumqayıtlı Messi “Beşiktaş”da
21.11.2018
UEFA Millətlər Liqası: Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlanıb
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info