“Die Zeit”: “Ruslarla dil tapmalıyıq”
Tarix: 21.06.2014 | Saat: 01:57:00 | E-mail | Çapa göndər


“Rusiya ilə Avropa arasında daxili ədavət artmaqdadır. Buna qarşı sadə bir həll variantı var: Rusiya üçün «Erasmus» təhsil proqramı hazırlamaq .
Yəqin ki, biz avropalılar üçün Rusiya ilə artan düşmənçiliyi cilovlamaq barədə düşünmək vaxtı çatıb. Bir müddət əvvəl bu düşmənçilik təzadlı qarışıqlıqla müşahidə ediməkdəydi. Amma bu, artıq keçmişdə qalıb. İndi söhbət dünyaya baxışın müxtəlif aspektlərindən gedir.

Hazırda Şərqlə Qərb arasında soyuqluğun artacağı kimi bir qorxu var. Bu qorxu təkcə sadə oxucunun şərhində öz əksini tapmır, eyni zamanda: “Təəssüf ki, ruslar yalnız müharibə zamanı rus olurlar” və ya "Mən Stalinqrada onun adını qayıtmağa ehtiyac olduğuna heç vaxt şübhə etməmişəm" və yaxud da "Ümid edirəm ki, Qızıl meydanda keçiriləcək qələbə paradı, təlimli qoşunlarımız və güclü texnologiyamız hamını ilhamlandıracaq» kimi bəyanatlarda oxucuya təlqin olunur.
Bütün bu ifadələr «Twitter»də yayımlanıb. Bu fikirlərin müəllifi isə Rusiya baş nazirinin köməkçisi Dmitri Roqozindir. Mənim Roqozinlə ilk tanışlığım onun NATO-da Rusiya səfiri kimi fəaliyyət göstərdiyi dövrlərdə baş tutub. Həmin ərəfədə mən “Die Zeit” nəşrinin əməkdaşı idim. Biz bir neçə dəfə saatlarla, əsasən, 2008-ci ilin yayında Gürcüstana rus qoşunlarının yeridilməsi barədə fikir mübadiləsi aparmışıq.
Roqozin NATO-nun Kosovoya müdaxiləsinin fərqi barədə soruşmuşdu və əlavə etmişdi ki, Qərb bu müdaxiləni BMT-nin mandatı olmadan həyata keçirirdi. Bu zaman həmin ərazidə yaşayan rusları qorumaq üçün Rusiya heç bir şey etmədi.
Mən bildirdim ki, Kosovoda atılan bu addım ölkədə sistemli sürgün və qırğınlara xitam verilmək üçün atılmışdı. Lakin Rusiya buna biabırçı bir akt donu geydirərək, BMT müdaxiləsinə qarşı çıxmışdı.
Mən yuxarıda ruslar üçün «Erasmus» təhsil proqramı barədə demişdim. Lakin belə düşünürəm ki, Avropaya "Çar I Pyotrun proqramı" lazımdır. O da vaxtilə dünyanın onlarla anlaşmasını genişləndirmək üçün Avropaya getmişdi. Düşünürəm ki, indi də Rusiya tərəfindən belə qarşılıqlı dəvətlər təşkil etməlidir. Əgər biz yaxın vaxtlarda ümumi dil tapmasaq, onda tezliklə bir-birimizi itirmək məcburiyytində qalacağıq”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info