Əcnəbi tələbələrin ADA Universitetinə qəbulu başa çatıb
Tarix: 23.06.2014 | Saat: 16:13:00 | E-mail | Çapa göndər


ADA Universiteti 2014-2015-ci tədris ili üçün əcnəbi tələbələrin qəbulu prosesini başa vurub. Qəbul həm bakalavr, həm də magistratura üzrə aparılıb və ümumilikdə 27 ölkədən 49 tələbə ADA Universitetinə qəbul edilib.
ADA Universiteti Kommunikasiya Departamentindən verilən məlumata görə, ABŞ, Kamerun, Serbiya, Litva, Vyetnam, Norveç, Küveyt, Rusiya, Kamboca, Gürcüstan, Montoneqro, Qambiya, Fələstin, Ukrayna, Cənubi Afrika Respublikası, Argentina, Qırğızıstan, Əfqanıstan, Banqladeş, Bahamalar, Ekvador, Kenya, Slovakiya, Pakistan, Filippin, Sudan, Zambiyanın təmsil edildiyi qəbul prosesində tələbələrdən 25-i bakalavr, 24-ü isə magistraturaya qəbul edilib.
Ümumilikdə, ADA Universitetinin əcnəbi tələbələri Mərkəzi və Şərqi Avropa, Şimali və Latın Amerikası, Afrika, Mərkəzi, Cənubi və Cənub-Şərqi Asiya daxil olmaqla dünyanın bütün regionlarını təmsil edirlər. Qəbul prosesinin yaddaqalan digər cəhəti də bu ildən etibarən ADA Universitetinin beynəlxalq tələbə icmasına 12 yeni ölkə təmsilçilərinin əlavə edilməsidir. Bu ölkələr aşağıdakılardır: Banqladeş, Bahamalar, Kamboca, Ekvador, Küveyt, Montoneqro, Norveç, Fələstin, Serbiya, Cənubi Afrika Respublikası, Sudan və Zambiya. Bu günə qədər ADA Universitetinin Rusiya, ABŞ, Qambiya, Pakistan, Çexiya, Meksika, Argentina, Fici, Tanzaniya, Gürcüstan, Macarıstan, Ukrayna, Kenya kimi ölkələrdə məzunları var.
Qeyd edək ki, ölkə diplomatiyasının bir hissəsi olaraq yüksək akademik göstəriciləri olan və Azərbaycanla diplomatik münasibətləri dövlətin beynəlxalq imici üçün önəmli olan ölkələrin tələbələrinə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən xüsusi təqaüdlər verilir. Təqaüdlərin verilməsinin digər məqsədi isə Azərbaycanın və ADA Universitetinin beynəlxalq akademik nüfuzunun formalaşmasına töhfə vermək, eyni zamanda Azərbaycanın mədəniyyətinin, tarixinin təbliğ edilməsinə dəstək verməkdir.
ADA Universitetində təhsil almaq istəyən beynəlxalq tələbələr ADA-nın veb səhifəsindən yaxud Azərbaycanın öz ölkələrindəki səfirlikləri vasitəsi ilə sənədlərini təqdim edə bilərlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
19.11.2019
ADRA əməkdaşları beynəlxalq sertifikatla təltif olunublar
19.11.2019
Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
19.11.2019
Azərbaycanda son 4 il ərzində qadın hakimlərin sayı artıb
18.11.2019
STM yeni imtahan modeli ilə bağlı hesabatını təqdim edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10945

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info