ECOBANK-ın Rəhbərlər Şurasının 13-cü İllik Toplantısı keçirilib
Tarix: 23.06.2014 | Saat: 17:43:00 | E-mail | Çapa göndər


Türkiyənin İstanbul şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının (ECOBANK) Rəhbərlər Şurasının 13-cü İllik Toplantısı keçirilmişdir. Tədbirdə ölkəmizi Bankın Rəhbərlər Şurasında Azərbaycandan müdiri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. ECOBANK-ın Rəhbərlər Şurasında Azərbaycandan müdir Şahin Mustafayev çıxışında Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə əməkdaşlığa böyük önəm verildiyini, təşkilatın müxtəlif təşəbbüsləri çərçivəsində ölkəmizin ticarət, nəqliyyat, təhsil, mədəniyyət və s. sahələrdə sazişlərə qoşulduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, ölkəmiz 2013-cü ildə ECOBANK-a üzv olub. Hazırda Azərbaycan ECOBANK-ın üzv ölkələri ilə siyasi, iqtisadi və humanitar sahələrdə uğurlu əməkdaşlıq edir. Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğu iri enerji və regional nəqliyyat layihələri barədə məlumat verib, ölkəmizin etibarlı tərəfdaş, Cənubi Qafqaz regionunun iqtisadi və mədəni mərkəzi olduğunu, siyasi və makroiqtisadi sabitliyin təmin edildiyini, Azərbaycanda investorlar üçün əlverişli şərait yaradıldığını diqqətə çatdırıb. Azərbaycanın iqtisadi uğurları beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir.
ECOBANK-ın Rəhbərlər Şurasında Azərbaycandan müdir, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal olunduğunu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional inteqrasiyanın inkişafına ən ciddi maneə olduğunu vurğulayıb.
Şahin Mustafayev ECOBANK-ın prioritet sahələri olan infrastruktur, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, enerji və digər sektorların eyni zamanda, Azərbaycanın iqtisadi inkişafının prioritet istiqamətləri olduğunu diqqətə çatdırıb, Bankı ölkəmizdə bu istiqamətlərdə, xüsusilə özəl sektorda həyata keçirilən layihələrdə fəal iştiraka dəvət edib. Bankın xidmətlərinin Azərbaycanda geniş təşviqi üçün ECOBANK Rəhbərlər Şurasının İllik Toplantısının Azərbaycanda keçirilməsi təklif edilib.
Tədbirdə ECOBANK-ın 2013-cü il üzrə İllik Hesabatının təqdimatı keçirilib, Bankın 2014-cü il büdcəsi təsdiq edilib, təşkilati məsələlərə baxılıb.
İlkin




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info