Əli Əhmədov: “Azərbaycan dünyanın diqqətini cəlb edən bir ölkəyə çevrilib”
Tarix: 23.06.2014 | Saat: 18:09:00 | E-mail | Çapa göndər


“Azərbaycan bu gün dünyanın ən sabit ölkəsindən biridir”.
Bunu Avropaya tanıtım reysinə çıxan BAKI-HOG hərəkatının üzvləri ilə görüşdə baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi-sədr müavini Əli Əhmədov söyləyib.
O bildirib ki, Azərbaycandakı sabitlik, rahatlıq dünyanın çox az ölkələrində var: “Əgər sabitlik, rahatlıq olmasa, insan üçün yerdə qalan dəyərlər heç bir əhəmiyyət kəsb etmir. Əgər evlər dağılırsa, qan tökülürsə, insan həyatının dəyəri qalmır. Heydər Əliyevin Azərbaycana qayıdışı ilə Azərbaycanda sabitlik bərqərar olub və bu, digər dəyərlərin yaranması üçün əsas olub. İqtisadiyyat inkişaf edib, digər sahələrdə uğurlar əldə olunub. Azərbaycan dünyanın diqqətini cəlb edən bir ölkəyə çevrilib”.
Ə.Əhmədov bildirib ki, Azərbaycan sürətlə yeniləşir, müasirləşir: “Azərbaycanı əhəmiyyəti, regionda oynadığı rol baxımından kiçik dövlət saymaq olmaz. Azərbaycan xalqı gələcəyinə inanır. Bunun da fonunda yürüş ehtirası ortaya çıxır. Motoyürüşdə 7 nəfər iştirak edib. Ali Baş Komandan əmr verən zaman hər kəs yürüşə çıxacaq. Bu, 20 il ərzində fədakarlıqla həyata keçirilən siyasətin nəticəsidir. Azərbaycan xalqı Qarabağ uğrunda yürüşə hazırdır. Bu yürüş həm Azərbaycan xalqının sülhə hazır olduğunu, həm də qətiyyətli olduğunu ortaya qoyur”.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır
18.01.2019
“İaşə müxalifəti”nin yalanlar üzərində qurulan təbliğatı...
18.01.2019
İqtisadiyyat Nazirliyində 20 Yanvar qurbanlarının xatirəsi yad edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info