Azərbaycanda 30 minə yaxın dövlət qulluqçusu var
Tarix: 23.06.2014 | Saat: 18:14:00 | E-mail | Çapa göndər


Hazırda Azərbaycanda V-VII təsnifat üzrə çalışan dövlət qulluqçularının sayı 30 minə yaxındır.
Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov jurnalistlərə açıqlamasında deyib ki, komissiya tərəfindən dövlət qulluqçularının V-VII təsnifatına aid olan qulluqçuların reyestri aparılır.
65 yaşına çatan dövlət qulluqçuları ilə bağlı vəziyyətə də aydınlıq gətirən komissiya sədri qeyd edib ki, onlarla bağlı 2 il öncə tədqiqat aparılıb: “O zaman bizdə 300-ə yaxın dövlət qulluqçusu vardı. Həmin şəxslərlə qanunvericiliyə uyğun olaraq iş aparılıb. Dövlət qulluqçusunun 65 yaşa çatması onun dövlət qulluğuna xitam verilməsi deməkdir. Amma dövlət orqanı rəhbərinin hüququ var ki, çox dəyərli bir kadr, mütəxəssislərlə əlavə 1 illik əmək müqaviləsi bağlasın. Sonra həmin müqaviləni 1 il də uzada bilər. Bu proses də hazırda dövlət orqanlarının əksəriyyətində tətbiq edilir”.
B.Xəlilov gənclərin dövlət qulluğuna marağının ildən-ilə artdığını qeyd edib. Onun sözlərinə görə, dövlət qulluğuna qəbul olan şəxslərin 80%-ni məhz gənclər təşkil edir: “Bu gün ölkədə dövlət qulluğu sahəsi üzrə ən çox ehtiyac informasiya texnologiyaları ixtisasları, hüquqşünas və iqtisadçılaradır”.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info