Regional İnsan Hüquqları və Media Mərkəzi yeni layihənin icrasına başlayıb
Tarix: 23.06.2014 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


Regional İnsan Hüquqları və Media Mərkəzi yeni layihənin icrasına başlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi verdiyi «Regionlarda yeni media və sosial şəbəkələrdə ictimai məsuliyyətin artırılmasına dair seminarların keçirilməsi» layihəsi 4 ay müddətində icra ediləcək. Təşkilatın sədri Xalid Kazımovun sözlərinə görə, layihə regionlarda sosial mediaya dəstək üçün bu sahədə ictimai məsuliyyətin artırılmasına yönəldilib: «İnternet və bu platforma üzərində sürətlə yayılan sosial media bu gün həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Bununla hər bir fərdin özünü ifadə etmək, cəmiyyəti maraqlandıran problemləri ictimailəşdirmək imkanı yaranıb. On il öncə ictimai əhəmiyyətli informasiyalar yayılması üçün müəyyən problemlər yarana bilərdisə, bu gün yeni medianın imkanları sayəsində bu problem aradan qalxıb. Amma son illər bütün dünyada olduğu kimi Azərbaycanda da çap mətbuatına maraq aşağı düşdüyündən yeni medianın inkişafı daha çox nəzərə çarpır. Ölkənin regionlarına çap mətbuatının yayılması aşağı səviyyədə olduğu üçün əhalinin əsas informasiya alma mənbəyi sosial media və televiziyalardır. Televiziyalar isə regionlardan olan xəbərlərə çox az yer ayırır. Belə olan halda region sakinlərini narahat edən ictimai və sosial məsələlər sosial media, xüsusən sosial şəbəkələr, bloqlar, xəbər portallarında işıqlandırılır. Amma bu tribunadan düzgün istifadə edilməməsi bəzən Azərbaycanın dövlətçilik maraqlarına zidd informasiyaların da qısa müddətdə geniş auditoriyada yayılması ilə nəticələnir».
X.Kazımovun sözlərinə görə, layihə çərçivəsində iki seminarın keçirilməsi nəzərdə tutulur: «Bərdə, Ağdam, Tərtər və Naftalanda yaşayan sosial şəbəkələrdə aktiv olan, sosial media və vətəndaş jurnalistikasına marağı olan olan gənclər arasından yeni media ilə bağlı seminarda iştirak edəcək gənclər seçiləcək. Seminarlar Bərdə və Naftalanda keçiriləcək. Bərdə rayonunda keçiriləcək seminarda Ağdam və Bərdə rayonundan olan gənclər iştirak edəcək. Seminarda iştirak üçün Ağdam rayonundan olan gənclərin də Bərdə rayonuna səfəri təmin ediləcək. Naftalanda keçiriləcək seminarda isə Naftalan və Tərtərdən olan gənclər iştirak edəcək. Bu seminar zamanı da Tərtər rayonundan olan gənclərin Naftalana səfəri təşkil ediləcək. Seminarda iştirakçılara oxucu maraqlarının gücləndirilməsi metodları, xəbərlərin hazırlanması, KİV haqqında qanun, sosial media, vətəndaş jurnalistikası ilə bağlı nəzəri və təcrübi biliklər veriləcək. Həmçinin, iştirakçılar bloq yaradılması, regiona aid xəbərlərin sosial mediada yayılması yolları ilə bağlı məlumat əldə edəcəklər. Gənclərə yeni medianın tamamilə məsuliyyətsiz sahə olmadığı və onlara verilən imkandan sui-istifadə edilməməsinin zəruriliyi aşılanacaq. Gənclər yeni mediada yaydıqları doğru olmayan informasiya, başqalarına ünvanlanan təhqir, böhtana görə daşıdıqları məsuliyyət barədə məlumatlandırılacaq. Sonrakı mərhələdə seminarda iştirak edən gənclərin yaşadıqları rayonlara aid hazırladıqları xəbər, audio və video reportajların ölkə mediasında yayılmasına köməklik göstəriləcək. Cəbhə bölgəsində yerləşən rayonlara aid xəbərlər həm seminar iştirakçılarının yaratdıqları bloqlarda, həm ölkə mətbuatında, həm də «region xəbərləri» “Facebook” qrupunda yerləşdiriləcək».
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info