Qarabağ rəngləri Melburnda nümayiş olunub
Tarix: 23.06.2014 | Saat: 19:06:00 | E-mail | Çapa göndər


Melburnda fəaliyyət göstərən Deakin Universitetində Azərbaycanın gənc qadın rəssamlarının Qarabağ mövzusunda rəsmlərindən ibarət sərginin təqdimatı keçirilib.
Sərgi “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Rənglər çələngi: Azərbaycanın Dağlıq Qarabağ rəngləri Melburnda” adlı layihə çərçivəsində reallaşdırılıb.
Sərginin rəsmi təqdimat mərasimində əvvəlcə Azərbaycan haqqında qısa tanıtım filmi nümayiş olunub. Sonra “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin Xarici Ölkələr Ədəbiyyatı kafedrasının professoru Şəhla Nağıyeva layihənin məqsədi, eləcə də əsərləri nümayiş olunan rəssamlar haqqında ətraflı məlumat verib. Qeyd edək ki, sərgidə Nərminə Vəliyeva, Şəhla Qəhrəmanlı və Günay Həsənovanın rəsmləri nümayiş edilir.
Deakin Universitetinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin məsləhətçisi Li-Ann Armitaj çıxış edərək bu cür tədbirlərin xalqlar arasında əlaqələrin genişləndirilməsinə xidmət etdiyini bildirib.
Deakin Universiteti kitabxanasının direktor müavini Sui Oven sərginin keçirilməsini mədəniyyətlərarası dialoqa yaxşı nümunə kimi qiymətləndirib.
Layihə çərçivəsində Deakin Universitetində Azərbaycanın tarix və mədəniyyətinə həsr olunmuş xüsusi guşə də açılıb. Sərgiyə gələnlər Azərbaycan guşəsində Qarabağ münaqişəsinin kökləri, erməni terroru, eləcə də Xocalı genosidi haqqında məlumatlarla tanış olublar. Qonaqlara Azərbaycanın işğal tarixini əks etdirən xüsusi xəritə, “Xocalıya ədalət” kompaniyasına dair bukletlər paylanıb.
Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi barədə kitab və broşüralar, eləcə də Azərbaycan xalçasına, mədəniyyətimizin digər sahələrinə dair kitablar Deakin Universitetinin kitabxanasına hədiyyə olunub.

Tural




 
Bölməyə aid digər xəbərlər
24.11.2020
Azərbaycanda virusa görə iş saatı azaldılır?
23.11.2020
Şəhid ailələri və müharibə əlillərinə ev verilib
23.11.2020
Qarabağ regional ədliyyə idarəsi təsis olunub - Fikrət Məmmədov
23.11.2020
BNA hava şəraitinə görə sürücü və piyadalara müraciət etdi
23.11.2020
Nobel mükafatçısı 3 yaşlı Xədicəyə yardım ayırdı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 “Türkvizyon“ gələn il Şuşada keçiriləcək
2 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
3 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
4 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
5 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info