Ehtiyatda olan 300-400 namizəd dövlət qulluğu vəzifələrinə təyin olunub
Tarix: 23.06.2014 | Saat: 19:08:00 | E-mail | Çapa göndər


“Müqavilə ilə çalışan şəxslər dövlət qulluqçusu statusu daşımırlar və gələcəkdə dövlət qulluqçularının əldə etdiyi imtiyazlardan istifadə edə bilməyəcəklər”.
“Azərbaycanda bəzi dövlət qurumları vakant vəzifələrlə bağlı məlumatları Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim etmirlər”. Bunu Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının sədri Bəhram Xəlilov deyib. Komissiyanın 200-ə yaxın dövlət qurumu ilə əməkdaşlıq etdiyini deyən B. Xəlilovun sözlərinə görə, elə yerlər var ki, vakant yer olsa da, orada işlə təminat məsələsində müəyyən problemlər yaranır: “Bu ildən başlayaraq dövlət qulluqçularının reyestrinin yeni proqram təminatını işləyib hazırlamışıq. Proqram təminatı hansı vəzifələrin vakant olması, dövlət orqanlarının bizə vakant yerlər təqdim edib-etməməsi barədə məlumat almağa imkan verəcək. Qanunda qeyd edilib ki, bütün vakant yerlərlə bağlı komissiyaya məlumat verilməlidir. Müddətli müqavilə ilə çalışan dövlət qurumlarında sui-istifadəyə yol verilə bilər. Ancaq qeyd edim ki, müqavilə ilə çalışan şəxslər dövlət qulluqçusu statusu daşımırlar və gələcəkdə dövlət qulluqçularının əldə etdiyi imtiyazlardan istifadə edə bilməyəcəklər”. Dövlət qulluğuna keçirilən müsabiqənin hər iki mərhələsindən uğurla keçən namizədlərin ehtiyat olaraq saxlanılması və onların işlə təmin olunmasının uzun zaman alması məsələsinə də toxunan B. Xəlilov əlavə edib ki, bu fikir yanlışdır. O qeyd edib ki, bu günə kimi komissiya ehtiyatda olan namizədlərdən 300-400 namizədin dövlət qulluğu vəzifələrinə təyin olunmasına nail olub: “Bəzən elə hallar olur ki, bir vəzifəyə 3, 4, 5, 6, hətta 7 nəfər keçən olur. Belə olduğu halda komissiya və ya dövlət orqanının rəhbəri heç kimi vəzifəyə təyin etmir. Bir nəfər seçilir, digərləri isə ehtiyatda qalır”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info