Müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı konsepsiya hazırlanır
Tarix: 23.06.2014 | Saat: 19:31:00 | E-mail | Çapa göndər


Azərbaycanda müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı konsepsiya hazırlanır. Bunu Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib. B. Xəlilov bildirib ki, hazırda konsepsiya müvafiq dövlət orqanlarında razılaşdırılma mərhələsindədir. Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi barədə də danışan B.Xəlilov əlavə edib ki, bu il ölkədə qiymətləndirilmə ilə bağlı qaydalar təsdiq edilib, qüvvəyə minib. Komissiya sədri bu ildən bütün dövlət orqanlarında dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin tətbiq ediləcəyini vurğulayıb. Azərbaycanda dövlət qulluğuna qəbul zamanı müsahibə mərhələsində yaranan problemlər barədə danışan B. Xəlilovun sözlərinə görə, hər iki mərhələ-həm müsabiqə, həm də müsahibə obyektiv keçirilir: “Test mərhələsində namizəd ancaq kompüterlə təmasda olur. Kompüter vasitəsilə namizədin biliyi qiymətləndirilir. Müsahibə mərhələsi əksər vaxtlarda bir çox suallar doğurur. Buna səbəb kimi bu mərhələdə 3 komissiya üzvü iştirak edir. Subyektivlik ola bilər. Ancaq biz çalışırıq ki, bütün bu subyektivliyi aradan qaldırmaq üçün bir sıra addımlar ataq. Eyni zamanda, müsahibə mərhələsində şəffaflığı təmin etmək üçün prosesin video çəkilişi aparılır. İstənilən şəxs də müsahibə mərhələsini izləyə bilər”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Təqaüdlərin artırılması dövlətin tələbə gəncliyə göstərdiyi böyük qayğının daha bir əməli ifadəsidir”
15.02.2019
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
15.02.2019
Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub
15.02.2019
Sahil Babayev Neftçalada 5 rayonun sakinləri ilə görüşüb
15.02.2019
Təqaüdlərin artırılması tələbələrin sosial müdafiəsinin daha da yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info