Gələcəkdə dövlət qulluqçularının əmək haqları qiymətləndirmənin nəticələri ilə bağlı olacaq
Tarix: 23.06.2014 | Saat: 19:34:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçularının peşə bayramı gününə həsr olunan “Dövlət qulluğunun aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib. Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Azərbaycanda biliyə əsaslanan milli inkişaf və dövlət qulluğu sistemin idarə edilməsinin elmi əsasları barədə danışıb. Onun sözlərinə görə, prezident tərəfindən təsdiq edilən Dövlət Proqramına əsasən hər il yüzlərlə gənc inkişaf etmiş ölkələrin nüfuzlu ali təhsil müəssisələrində yüksək ixtisaslı kadr kimi formalaşması məqsədilə göndərilir və bu da dövlət quruculuğu, kadr siyasətinin tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov dövlət başçısı tərəfindən dövlət qulluğu sahəsinə həmişə böyük diqqət yetirildiyini vurğulayıb. Dövlət qulluğu sahəsində aktual problemləri açıqlayan B.Xəlilov qeyd edib ki, bu sahədə əsas hədəf şəffaflığın təmin edilməsidir. Komissiya sədri qeyd edib ki, problemlərdən biri dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsidir: “Yalnız bu il dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı qaydalar təsdiq olunub. Qiymətləndirmə kadrların potensialının öyrənilməsi, karyera yüksəlişinin təşkil edilməsi və digər məsələlərdə əlavə imkanlar yaradacaq. Düşünürük ki, gələcəkdə dövlət qulluqçularının əmək haqları qiymətləndirmənin nəticələri ilə bağlı olacaq. Bununla biz dövlət qulluqçuları arasında motivasiyanın yaranmasına, vəzifədə yüksəliş üçün öz üzərilərində çalışmağa şərait yaradır”.
Digər problemin kadrların idarə edilməsi ilə bağlı olduğunu deyən B.Xəlilov qeyd edib ki, hazırda dövlət qulluqçularının reyestri verilənlər bazası kimi fəaliyyət göstərir. Onun sözlərinə görə, gələcəkdə verilənlər bazasını kadrların idarə edilməsi bazasına çevrilməsi qarşıda məqsəd kimi durur: “Bu bizə kadrlarla bağlı vəziyyətə dair zəruri hesabatları vaxtında öyrənməyə, dövlət qulluğu ilə əlaqədar neqativ halların aradan qaldırılmasına imkan verəcək”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info