Rusiya Azərbaycan sahibkarlarına 18 investisiya layihəsi təqdim edib
Tarix: 23.06.2014 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


Rusiya Azərbaycan sahibkarlarına dəyəri 260 milyard rubldan çox olan 18 investisiya layihəsi təqdim edib. Bunu Rusiyanın regional inkişaf naziri İqor Slyunyayev Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumunda deyib.
O, layihələrin təqdimatında bildirib ki, Rusiyada hər bir investisiya layihəsinin əsas məqsədi təkcə regionların iqtisadi inkişafı deyil, hər şeydən əvvəl vətəndaşların həyat səviyyəsinin artırılmasıdır: "Əminəm ki, azərbaycanlı həmkarlarımızın təcrübəsi və biliyi layihələrin reallaşdırılmasında olduqca vacibdir".
Azərbaycan biznesinə Rusiyanın Samara, Rostov, Tomsk, Moskva, Tambov, Kalininqrad, Tula, Novqorod, Volqoqrad vilayətlərində, Qaraçay-Çərkəz, Çuvaşiya, Çeçenistan, Dağıstan respublikalarında, Kamçatka, Krasnodar, Stavropol diyarlarındakı bir sıra layihələr təqdim edilib.
Nazir 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına hazırlıq çərçivəsində reallaşdırılan layihələrə xüsusi diqqət yetirib: "Bütün bu layihələr dövlət-özəl tərəfdaşlıq prinsipləri əsasında reallaşdırılır, Rusiya planlaşdırılan layihələrin tikintisinə birbaşa xarici investisiyaları alqışlayır. Azərbaycan səhmdarları üçün kənd təsərrüfatı sahələrinə çoxsaylı investisiya layihələri xüsusi maraq doğura bilər".
O bildirib ki, hazırda kənd təsərrüfatı məhsulları üzrə yeni müəssisələr demək olar ki, Rusiyanın bütün regionlarında açılır. Nazir Tambov vilayətində kənd təsərrüfatının inkişafı üzrə innovativ layihələri ayrıca qeyd edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Dövlət Gömrük Komitəsi 3 istiqamətdə islahatlar aparır
25.09.2018
Yaxın gələcəkdə Ticarətin Asanlaşdırılması Mərkəzi istifadəyə veriləcək
25.09.2018
Birinci vitse-prezident Mehriban Əliyeva İtaliyaya rəsmi səfərə gedib
25.09.2018
Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş olub
25.09.2018
Prezident Bolqarıstan nümayəndə heyətini qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info