Bakının iki rayonunun elektron kadastr məlumat bazası yaradılıb
Tarix: 23.06.2014 | Saat: 20:04:00 | E-mail | Çapa göndər


Bakı şəhərinin Suraxanı və Sabunçu rayonları üzrə elektron kadastr məlumat bazasının yaradılmasına dair işlər müvəffəqiyyətlə yekunlaşdırılıb.
Bu barədə qəzetimizə Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) məlumat verilib. Komitədən bildirilib ki, ƏMDK tərəfindən "Bakı şəhərinin Suraxanı və Sabunçu rayonları üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi" layihəsi həyata keçirilib.
Layihənin həyata keçirilməsində əsas məqsəd Bakı şəhərinin Suraxanı və Sabunçu rayonları üzrə mövcud olan mülkiyyət növündən və mənsubiyyətindən asılı olmayaraq bütün növ daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılmasından və rəqəmsal kadastr xəritəsinin hazırlanmasından ibarət olub. İşlər layihənin Texniki Tapşırığına müvafiq olaraq müvəffəqiyyətlə icra olunub, işlərin icrası 2013-cü ilin dekabr ayı ərzində başa çatdırılıb və komitə tərəfindən istifadə üçün qəbul edilib.
“Bakı şəhərinin Suraxanı və Sabunçu rayonları üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi" layihəsi çərçivəsində icraçı şirkət tərəfindən “AzCAD 2013” məlumat modelinə uyğun hazırlanan məhsullar Bakı şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasından istifadəni təmin etmək məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinə təhvil verilib.
Layihə məhsulları Dünya Bankının "Daşınmaz Əmlakın Qeydiyyatı" layihəsi çərçivəsində yaradılacaq "Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarəedilməsi İnformasiya Sistemində (DƏQKİİS)" tətbiq ediləcək, həmin məhsullardan daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı zamanı bu bazadan istifadə ediləcəkdir. Bu baza əmlaklar üzərində hüquqların qeydiyyatını apararkən bir çox hallarda çöl-ölçmə işlərinin aradan qaldırılmasına şərait yaradacaqdır. Bazanın həmişə aktual olmasını təmin etmək məqsədi ilə həm qeydiyyat sistemində çalışan mütəxəssislər, həm də Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzinin mütəxəssisləri tərəfindən daşınmaz əmlaklarla bağlı dəyişikliklər mütəmadi olaraq bazaya daxil ediləcəkdir.
Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info