“Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi” adlı sənədin müzakirəsinin vaxtı bəlli oldu
Tarix: 23.06.2014 | Saat: 20:16:00 | E-mail | Çapa göndər


Bu gün Avropa Şurası Parlament Assambleyasının yay sessiyasının ilk günündə qurumun Bürosunun iclası keçirilib. İclasda ənənəvi olaraq bu həftə ərzində keçiriləcək plenar iclasın gündəliyi müzakirə edilib və “Ukraynadakı müharibənin humanitar nəticələri” ilə bağlı mövzu fövqəladə müzakirələr kimi Assambleyanın gündəliyinə salınıb. Bu mövzu ətrafında müzakirələr sessiyanın dördüncü günündə keçiriləcək.
Toplantıda Azərbaycanla da bağlı bir neçə məsələ müzakirə edilib. Müzakirələrdə iştirak etmiş avropalı deputatların dediyinə görə, iclasda AŞPA sədri, xanım Ann Brassör Fransanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Röne Rukeye Azərbaycan tərəfindən viza verilməməsi məsələsini yenidən qaldırıb.
Bundan başqa, azərbaycanlı millət vəkili Elxan Süleymanovun qətnamə üçün təklif etdiyi “Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi” sənədinin AŞPA Bürosunun iyunun 27-də keçiriləcək iclasında müzakirə edilməsi qərara alınıb.
İrlandiyalı deputat Mikael McNamaranın isə qətnamə üçün təklif etdiyi “Azərbaycanda siyasi məhbuslar”la bağlı sənədin qurumun Monitorinq Komitəsində saxlanılması və bu məsələ ilə Azərbaycan üzrə həmməruzəçilərin məşğul olması qərara alınıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Mədət Quliyevə general-polkovnik rütbəsi verildi
26.09.2018
“Cənub Qaz Dəhlizi” layihəsində ABŞ hökumətinin rolu bizim bu regiona marağımızı vurğulayır”
26.09.2018
“Akşam.com.tr”: “Azərbaycan milli silahlarına ASELSAN dəstəyi”
26.09.2018
“Azərbaycandan kənarda yaşayan soydaşlarımız öz qüvvələrini toplamalıdırlar”
26.09.2018
“Biz Ukraynada Yuri Qaqarin də olsaq...”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info