Brassör: “Azərbaycan prezidentinin Assambleyada çıxışını səbirsizliklə gözləyirik”
Tarix: 23.06.2014 | Saat: 20:17:00 | E-mail | Çapa göndər


Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri, xanım Ann Brassör mətbuat konfransı keçirib. Brassör AŞPA Bürosunun bugünkü iclası və Assambleyada bu həftə ərzində görüləcək işlər haqda ətraflı məlumat verib.
O, sessiya çərçivəsində “Ukrayna böhranı və bunun siyasi və humanitar nəticələri” mövzusunda müzakirələrin aparılacağını, bildirib. Onun sözlərinə görə, sessiyada Azərbaycanla bağlı da müzakirələr aparılacaq. Sessiyada bu gün xarici işlər naziri Elmar Məmmədyarov, sabah isə Azərbaycan prezidenti İlham Əliyev çıxış edəcək.
Xanım Brassör may ayında Assambleyanın Bürosu və Daimi Komitəsinin Bakıda iclasının keçirildiyini də xatırladıb. O, yenidən Bakıya səfər edəcəyini qeyd edib: “Mənim ölkə prezidenti İlham Əliyevlə çox açıq söhbətim oldu. Azərbaycan prezidenti Assambleyamızda çıxış edəcək. Biz onun çıxışını çox böyük səbirsizliklə gözləyirik. Birmənalı olaraq demək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi digər ölkələrdə olduğu kimi, prioritet təşkil edən məsələlərdəndir. Bizim bununla bağlı qəbul etdiyimiz məlum qətnaməmiz də onu göstərir ki, AŞPA ərazi bütövlüyünü müdafiə etmək məsələsində qətiyyətlidir. Həmçinin ölkənin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyini də lazımı islahatların sürətləndirilməsi üçün fürsət kimi dəyərləndiririk. Bu islahatların aparılması, xüsusi ilə də ifadə və mətbuat, sərbəst toplaşma azadlığı kimi məsələlərin həllinin sürətləndirilməsi Avropa Şurasının tələblərini yerinə yetirmək baxımından olduqca vacib məsələdir”.
Ann Brassör Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovun təklif etdiyi “Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi” haqqında sənədə də münasibət bildirib: "Bizdən istənilən odur ki, Ermənistana qarşı sanksiyalar tətbiq edək. Amma bu təklifdə konkret olaraq Ermənistan nümayəndə heyətinin səlahiyyətlərinin dondurulması məsələsinə toxunulmayıb. Bu məsələ bizim Büromuzun sessiyanın son günü keçiriləcək iclasında müzakirə olunacaq. İndidən bu haqda bir söz deyə bilmərəm”.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info