“Azərbaycan-Rusiya Regionlararası Forumu nüfuzunu durmadan artırır”
Tarix: 23.06.2014 | Saat: 20:57:00 | E-mail | Çapa göndər


“Regionlararası əlaqələr Rusiya və Azərbaycanın ənənəvi dostluq, mehriban qonşuluq münasibətlərinin inkişafının əsas istiqamətlərindəndir və yeni layihə və təşəbbüslərə təkan verir”. Bu barədə Rusiya Prezidenti Vladimir Putinin Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarına ünvanladığı müraciətdə deyilir. Müraciəti Rusiya Prezidenti Administrasiyasının regionlararası və xarici ölkələrlə mədəni əlaqələr üzrə rəisi Vladimir Çernov oxuyub. V.Putin bildirib: "Bu il 5 yaşı tamam olan geniştərkibli forumumuz nüfuzunu durmadan artırır və bu illər ərzində iki ölkə regionlarının qarşılıqlı fəaliyyətinin bütün spektri üzrə konstruktiv dialoq üçün tələb edilən məkan olaraq qalır, nəqliyyat, energetika və bank sahələrində, investisiyalar və kənd təsərrüfatı, turizm və təhsil sektorlarında əməkdaşlığımızın əhəmiyyətli potensialını üzə çıxarmaq baxımından əla imkan təqdim edir".
Rusiya Prezidenti əminliyini bildirib ki, forum iştirakçılarını böyük, məhsuldar iş, maraqlı və qarşılıqlı faydalı müzakirələr gözləyir. Putin həmçinin onlara uğurlar diləyib və ən xoş arzularını çatdırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info