“İnosmi”: “Snoudenin yeni açıqlamaları Almaniyanı silkələyir”
Tarix: 23.06.2014 | Saat: 21:41:00 | E-mail | Çapa göndər


“Almanların çoxunun fikrincə, burda söhbət dövlətə xəyanət aktından gedir”

Rusiyanın “İnosmi” saytında müəllif Dmitri Dobrov yazır ki, ABŞ xüsusi xidmət orqanlarının keçmiş işçisi Edvard Snoudenin ifşaedici açıqlamaları ilə bağlı qalmaqal seriyaları Almaniyanı silkələməkdən qalmır: “Der Spiegel” jurnalı “Snoudenin arxivi”ndən 50-dən çox sənədi nəşr edib. Bu sənədlər alman xüsusi xidmət orqanlarının ABŞ Milli Təhlükəsizlik Agentliyi ilə sıx əməkdaşlıq faktını təsdiq edir.
Hesab edilirdi ki, son bir ildə bu barədə çox deyilib, amma məlum oldu ki, hamısı deyilməyibmiş: alman xüsusi xidmət orqanlarının amerikanlarla əməkdaşlığı daha dərinə gedibmiş.
Alman hüquq müdafiəçilərinin fikrincə, bu əməkdaşlıq ölkənin milli təhlükəsizliyi üçün təhlükə törədir. İndi isə Snoudenin kompromatlarının növbəti paketi Bundestaqın Amerika Milli Təhlükəsizlik Agentliyi üzrə xüsusi komitəsinin tədqiqat predmetinə çevrilib.
Sözügedən qalmaqalın özəlliyi ondadır ki, alman xüsusi xidmət orqanları təkcə Amerika Milli Təhlükəsizlik Agentliyinin Almaniyada qanunsuz fəaliyyətindən xəbərdar olmayıblar, onlar həm də uzun illər ərzində amerikanlarla aktiv şəkildə əməkdaşlıq ediblər. Bu barədə isə Almaniya hökumətini xəbərdar etməyiblər.
Hər şeydən çox, alman xüsusi xidmət orqanlarının amerikanlarla “geniş analitik, operativ və texniki əməkdaşlığı” alman vətəndaşları, firmaları, müəssisələrini əhatə edib. Bu əməkdaşlığa isə Almaniya siyasi rəhbərliyi barədə informasiyaların çatdırılması da daxil olub. Bunun nəticəsində tamhəcmli dinləmə təmin edilib: alman telefon şəbəkələrindən tutmuş, internet, SMS sistemləri və “Skype”ın, həmçinin kansler Angela Merkelin mobil telefonunun dinlənilməsinə qədər baş verib. “Dinləmə”lərin spektri doğrudan da qlobal olub – adi vətəndaşlardan tutmuş, texnoloji konsernlərə və Almaniya siyasi rəhbərliyinə qədər.
Almaniya hökuməti maksimum bu ifşaların neqativ effektini neytrallaşdırmağa çalışır. Amma parlamentin adıçəkilən komitəsi öz tədqiqat işində alman xüsusi xidmət orqanlarının aktiv maneçiliyi ilə toqquşur. Praktiki olaraq parlamentin sözügedən komitəsinin Moksvada Snoudendən şahidlik dəlillərini götürmək təşəbbüslərinin qarşısı alınıb.
Amma alman cəmiyyəti və siyasi dairələri təslim olmaq istəmirlər: Berlin Azad Universitetinin akademik şurası Edvard Snoudeni özünün fəxri üzvü etmək qərarı verib. Bu qərara Snoudenin “ədalət, azadlıq və şəffaflığa verdiyi töhfəyə görə” gəlinib.
Belə bir qərarı Rostok Universiteti də qəbul etməyə hazırlaşır.
Bundan başqa, Snouden Fris Bauer adına ictimai mükafat alıb. Almaniyanın sol partiyaları və ictimai hərəkatları ötən ildən bəri Snoudenə Almaniyada siyasi sığınacaq verilməsinə nail olmağa çalışırdılar. Amma hakimiyyət ABŞ tərəfdən buna neqativ reaksiyadan qorxaraq, təşəbbüsü dəyişdi. Almaniyada ABŞ xüsus xidmət orqanlarının aktiv fəaliyyəti almanlar arasında belə bir diskussiya yaradıb: Almaniyanın suverenliyi barəsində danışmaq nə dərəcədə ciddidir? Bu ölkə öz fəaliyyətində nə dərəcədə müstəqildir? Bu ölkə İkinci Dünya müharibəsindən sonra özünün təhkim edildiyi siyasi məhdudluğu aradan qaldıra biləcəkmi?
Sirr deyil ki, Almaniya Federativ Respublikası İkinci Dünya müharibəsinin nəticəsində ölkənin işğal olunmuş qərb bölgələrində yaradılmışdı və uzun müddət müttəfiq administrasiyasının sərt nəzarətində olmuşdu.
Alman xüsusi xidmət orqanları da amerikanlar tərəfindən SSRİ-yə və onun müttəfiqlərinə qarşı mübarizə instrumenti kimi yaradılmışdı. Onun başına isə hitlerçi kəşfiyyatçı-general Qelen gətirilmişdi. Amma artıq 65 ildən çox vaxt keçib, bir neçə nəsil dəyişib, Almaniya yenidən birləşib, SSRİ yoxdur, Almaniyanın tam suverenliyi məsələsi hələ də həll edilməmiş qalır”.
Yazıda daha sonra qeyd edilir ki, ölkənin xüsusi xidmət orqanlarının xarici dövlətə öz vətəndaşlarını izləməkdə kömək etməsi yolverilməz abırsızlıq sayılır: “Almanların çoxunun fikrincə, burda söhbət dövlətə xəyanət aktından gedir”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info