“Rusiya münaqişənin həllinə yaxınlaşdıracaq istənilən cəhdi dəstəkləyəcək”
Tarix: 23.06.2014 | Saat: 22:02:00 | E-mail | Çapa göndər


“Rusiya ikitərəfli qaydada və ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasında maraqlıdır”. "Novosti-Armeniya"nın verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda ermənistanlı həmkarı Edvard Nalbandyanla keçirdiyi birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, problemin həlli üçün baza və prinsiplər var: "Onların artıq razılaşdırılması vacibdir. Faktiki rellaşdırmanın parametrlərini və nizamlamanın ardıcıllığını hazırlamaq lazımdır".
S.Lavrov qeyd edib ki, Rusiya prezidentlər arasında birbaşa dialoqun davam etdirilməsinə və qalan məsələlər üzrə mövcud fikir ayrılıqlarının həllinə çalışacaq: "Rusiya münaqişənin həllinə yaxınlaşdıracaq istənilən cəhdi dəstəkləyəcək. Fransalı həmkarlar ideyaları təkmilləşdirirlər. Həmin ideyalar nizamlamanın müzakirə edilən bütün prinsiplərini praktiki dilə çevirməyə imkan verəcək".
XİN rəhbəri vurğulayıb ki, Rusiya öz tərəfindən hər cür səy göstərməyə hazırdır: "Hazırlıq görüşləri nə qədər mütəmadi keçirilsə, səylər bir o qədər çox olacaq, proses də bir o qədər dinamika əldə edəcək".
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info