Stavropol Azərbaycana birgə müəssisə yaratmağı təklif edir
Tarix: 23.06.2014 | Saat: 22:22:00 | E-mail | Çapa göndər


Stavropol diyarı Azərbaycana taxıl istehsalı üzrə birgə müəssisə yaratmağı təklif edib. Bunu Rusiyanın Stavropol diyarının qubernatorunun səlahiyyətlərini müvəqqəti icra edən Vladimir Vladimirov Qəbələdə keçirilən V Azərbaycan-Rusiya regionlararası əməkdaşlıq forumu çərçivəsində deyib.
O, birgə müəssisənin yaradılmasının konkret tarixini açıqlamasa da, qeyd edib ki, bu il üçün taxılın ixracı üzrə bütün müqavilələr artıq imzalanıb: "Biz gələcəkdə birgə müəssisənin yaradılması və taxıl tədarüklərində vasitəçilərin istisna edilməsi təşəbbüsü ilə çıxış edəcəyik".
V.Vladimirovun sözlərinə görə, Azərbaycan diasporu Stavropol diyarında ən böyük diasporlardan biridir: "Stavropol diyarı Azərbaycana turizm, aqrar və yüksək texnologiyalar sahəsində mütəxəssislərin təlimini təklif edə bilər. Stavropol diyarı hər il 70 mindən artıq mütəxəssisə təhsil verir. Fikrimcə, bu, Azərbaycan üçün maraqlı olacaq".
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info