Avarçəkənlərimiz Dnya Kubokunda yarışıb
Tarix: 23.06.2014 | Saat: 23:07:00 | E-mail | Çapa göndər


Fransadakı Eqvebelett gölündə akademik avarçəkmə üzrə Dünya Kuboku yarışlarının ikinci mərhələsinə yekun vurulub.
Nüfuzlu reqatada Azərbaycanı 5 avarçəkən təmsil edib.
Onlardan Aleksandr Aleksandrov - Boris Yotov dueti yarışı medalla başa vurub. İki nəfərlik qoşa avarlı qayıqla 2000 metr məsafəyə seçmə yürüşdə onlar finişə 6 dəqiqə 15,970 saniyəyə çataraq birinci olublar. Bu nəticə ilə cütlüyümüz birbaşa yarımfinala yüksəlib. Növbəti mərhələdə onlar eyni məsafəni daha tez - 6 dəqiqə 14,000 saniyəyə qət etsələr də ikinci olub və finala adlayıblar. Həlledici mərhələdə isə cütlüyümüz ümumi məsafənin 1500 metrlik bölümünü hamıdan öndə keçsə də, son 500 metrlik bölümdə mövqeyini əldən verib və 6 dəqiqə 13,640 saniyə nəticə ilə ikinci yeri tutub.
Bir nəfərlik yüngül çəkili qayıqla mübarizə aparan Cavid Əfəndiyevin də çıxışı uğurlu alınıb. O, seçmə yürüşdə 7 dəqiqə 11,210 saniyə nəticə ilə dördüncü yeri tutub. Amma təsəlli yürüşündə avarçəkənimiz finişə 7 dəqiqə 29,740 saniyəyə çataraq ikinci olub və yarımfinala yüksəlib. Növbəti mərhələdə C.Əfəndiyev 7 dəqiqə 8,150 saniyə nəticə ilə beşinci olaraq əsas finaldan kənar qalıb. B finalında isə 7 dəqiqə 8,230 saniyə nəticə ilə ümumi sıralamada 8-ci olub. Bununla da C.Əfəndiyev sonuncu yeri tutduğu Avropa çempionatı ilə müqayisədə xeyli yüksək nəticə əldə edib.
İki nəfərlik sükansız qayıqla 2000 metr məsafəyə yürüşdə ölkəmizi İqor Luçiç - Luka Corceviç dueti təmsil edib. Onlar 7 dəqiqə 3,720 saniyə göstərici ilə 5-ci olub və əsas finaldan kənarda qalıblar. B finalında isə cütlüyümüz 6 dəqiqə 49,690 saniyə nəticə ilə 5-ci, ümumi sıralamada 11-ci yerlə kifayətlənib.
Qeyd edək ki, cəmi 18 yaşlı Boris Yotov və 24 yaşlı Aleksandr Aleksandrovdan ibarət duet mayın 30-dan iyunun 1-dək Serbiyanın paytaxtı Belqradda keçirilmiş Avropa çempionatında da son anda liderliyi əldən verərək, gümüş medal qazanıb.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info