Müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı konsepsiya hazırlanır
Tarix: 24.06.2014 | Saat: 01:35:00 | E-mail | Çapa göndər


Onun sözlərinə görə, prezident tərəfindən təsdiq edilən Dövlət Proqramına əsasən hər il yüzlərlə gənc inkişaf etmiş ölkələrin nüfuzlu ali təhsil müəssisələrində yüksək ixtisaslı kadr kimi formalaşması məqsədilə göndərilir və bu da dövlət quruculuğu, kadr siyasətinin tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov dövlət başçısı tərəfindən dövlət qulluğu sahəsinə həmişə böyük diqqət yetirildiyini vurğulayıb.
Dövlət qulluğu sahəsində aktual problemləri açıqlayan B.Xəlilov qeyd edib ki, bu sahədə əsas hədəf şəffaflığın təmin edilməsidir. Komissiya sədri qeyd edib ki, problemlərdən biri dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsidir: “Yalnız bu il dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı qaydalar təsdiq olunub. Qiymətləndirmə kadrların potensialının öyrənilməsi, karyera yüksəlişinin təşkil edilməsi və digər məsələlərdə əlavə imkanlar yaradacaq. Düşünürük ki, gələcəkdə dövlət qulluqçularının əmək haqları qiymətləndirmənin nəticələri ilə bağlı olacaq. Bununla biz dövlət qulluqçuları arasında motivasiyanın yaranmasına, vəzifədə yüksəliş üçün öz üzərilərində çalışmağa şərait yaradırıq”.
Digər problemin kadrların idarə edilməsi ilə bağlı olduğunu deyən B.Xəlilov qeyd edib ki, hazırda dövlət qulluqçularının reyestri verilənlər bazası kimi fəaliyyət göstərir. Onun sözlərinə görə, gələcəkdə verilənlər bazasını kadrların idarə edilməsi bazasına çevrilməsi qarşıda məqsəd kimi durur: “Bu bizə kadrlarla bağlı vəziyyətə dair zəruri hesabatları vaxtında öyrənməyə, dövlət qulluğu ilə əlaqədar neqativ halların aradan qaldırılmasına imkan verəcək”.
B.Xəlilov onu da bildirib ki, Azərbaycanda müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı konsepsiya hazırlanır. O qeyd edib ki, hazırda konsepsiya müvafiq dövlət orqanlarında razılaşdırılma mərhələsindədir. Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi barədə də danışan B.Xəlilov əlavə edib ki, bu il ölkədə qiymətləndirilmə ilə bağlı qaydalar təsdiq edilib, qüvvəyə minib. Komissiya sədri bu ildən bütün dövlət orqanlarında dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin tətbiq ediləcəyini vurğulayıb. Azərbaycanda dövlət qulluğuna qəbul zamanı müsahibə mərhələsində yaranan problemlər barədə danışan B. Xəlilovun sözlərinə görə, hər iki mərhələ-həm müsabiqə, həm də müsahibə obyektiv keçirilir: “Test mərhələsində namizəd ancaq kompyuterlə təmasda olur. Kompyuter vasitəsilə namizədin biliyi qiymətləndirilir. Müsahibə mərhələsi əksər vaxtlarda bir çox suallar doğurur. Buna səbəb kimi bu mərhələdə 3 komissiya üzvü iştirak edir. Subyektivlik ola bilər. Ancaq biz çalışırıq ki, bütün bu subyektivliyi aradan qaldırmaq üçün bir sıra addımlar ataq. Eyni zamanda, müsahibə mərhələsində şəffaflığı təmin etmək üçün prosesin video çəkilişi aparılır. İstənilən şəxs də müsahibə mərhələsini izləyə bilər”.

Ehtiyatda olan 300-400 namizəd dövlət qulluğu vəzifələrinə
təyin olunub


Komissiya sədrini sözlərinə görə, müqavilə ilə çalışan şəxslər dövlət qulluqçusu statusu daşımırlar və gələcəkdə dövlət qulluqçularının əldə etdiyi imtiyazlardan istifadə edə bilməyəcəklər: “Azərbaycanda bəzi dövlət qurumları vakant vəzifələrlə bağlı məlumatları Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim etmirlər”. Komissiyanın 200-ə yaxın dövlət qurumu ilə əməkdaşlıq etdiyini deyən B. Xəlilovun sözlərinə görə, elə yerlər var ki, vakant yer olsa da, orada işlə təminat məsələsində müəyyən problemlər yaranır: “Bu ildən başlayaraq dövlət qulluqçularının reyestrinin yeni proqram təminatını işləyib hazırlamışıq. Proqram təminatı hansı vəzifələrin vakant olması, dövlət orqanlarının bizə vakant yerlər təqdim edib-etməməsi barədə məlumat almağa imkan verəcək. Qanunda qeyd edilib ki, bütün vakant yerlərlə bağlı komissiyaya məlumat verilməlidir. Müddətli müqavilə ilə çalışan dövlət qurumlarında sui-istifadəyə yol verilə bilər”. Dövlət qulluğuna keçirilən müsabiqənin hər iki mərhələsindən uğurla keçən namizədlərin ehtiyat olaraq saxlanılması və onların işlə təmin olunmasının uzun zaman alması məsələsinə də toxunan B. Xəlilov əlavə edib ki, bu fikir yanlışdır. O qeyd edib ki, bu günə kimi komissiya ehtiyatda olan namizədlərdən 300-400 namizədin dövlət qulluğu vəzifələrinə təyin olunmasına nail olub: “Bəzən elə hallar olur ki, bir vəzifəyə 3, 4, 5, 6, hətta 7 nəfər keçən olur. Belə olduğu halda komissiya və ya dövlət orqanının rəhbəri heç kimi vəzifəyə təyin etmir. Bir nəfər seçilir, digərləri isə ehtiyatda qalır”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info