Zakir Həsənov: “Düşmən bugünkü reallıqla, güc-qüvvə balansı ilə razılaşmalıdır”
Tarix: 24.06.2014 | Saat: 16:58:00 | E-mail | Çapa göndər


Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının buraxılış mərasimi keçirilib.
Buraxılış mərasimində AAHM, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Dövlət Tibb Universitetinin Hərbi tibb fakültəsinin, Silahlı Qüvvələrin Hərbi Akademiyasının məzunları, Müdafiə Nazirliyinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, məzunların yaxınları, habelə Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri iştirak ediblər.
Mərasim AAHM-in döyüş bayrağının sıra meydanına gətirilməsi və Azərbaycanın dövlət himninin oxunuşu ilə başlayıb.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov qeyd edib ki, bu gün Silahlı Qüvvələrin tarixində əlamətdar gündür: «Bu gün ordu quruculuğu dövlət rəhbərliyinin diqqət mərkəzindədir. Hərbi büdcəmiz ilbəil artır, hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində addımlar atılır».
Məzunları və valideynləri təbrik edən nazir bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli silahlı qüvvələrimizin vəziyyətindən asılıdır: «Siz orduya yeni nəfəs gətirməlisiniz. Düşmən bilməlidir ki, siz onlardan güclüsünüz».
Nazir qeyd edib ki, prezidentin “Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəyik!” bəyanatı Silahlı Qüvvələrin devizidir:
«Düşmən bugünkü reallıqla, güc-qüvvə balansı ilə razılaşmalıdır. Atəşkəsdən 20 il keçməsinə baxmayaraq, cəbhədə atəşkəs pozulur. Postlarımız, yaşayış məntəqələrimiz atəşə tutulur. Ermənistan kəşfiyyat-diversiya qrupları mövqelərimizə basqın eləmək istəyir, onların cəhdləri əsgərlərimiz tərəfindən əvvəlcədən aşkarlanır və tədbirlər görülür. Düşmən itkilər verir»
Nazir məzunlara tövsiyələrini də verib: «Xalqımıza, millətimizə, dövlətimizə şərəflə xidmət etməlisiniz. Azərbaycan Silahlı Qüvvələrinin xalqımız və dövlətimiz qarşısında müqəddəs borcu var: erməni işğalında olan torpaqlarımızı azad etmək. Bunu edəcəyik!»
Daha sonra müdafiə naziri təhsildə fərqlənən məzunlara diplomları təqdim edib.
Ali hərbi məktəbləri fərqlənmə ilə bitirən məzunların Azərbaycan prezidenti tərəfindən qiymətli hədiyyələrlə təltif olunduqları bildirilib.
Məzunlar sonda hərbi məktəbin yaş kötüyünə simvollar vurublar.
Daha sonra Heydər Əliyev adına AAHM bayrağının təhvil-təslimi olub. Məzunlar bayrağı gənc kursantlara təhvil veriblər.
Sonda məzunlar təntənəli marşla tribuna önündən keçiblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info