Azərbaycanda iradnamə və tələbnamələrin verilməsi qaydası təsdiqlənib
Tarix: 24.06.2014 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


Azərbaycan Nazirlər Kabineti "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən məhsulların (işlərin, xidmətlərin) texniki normativ hüquqi aktların tələblərinə, metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən, iradnamə və tələbnamələrin verilməsi Qaydası"nı təsdiqləyib.
Nazirlər Kabinetindən verilən məlumata görə, bu qayda mülkiyyət formasından və fəaliyyət sahəsindən asılı olmayaraq, dövlət nəzarətinin aparıldığı obyektlərdə hüquq pozuntuları aşkar edildiyi təqdirdə tətbiq olunur. Yoxlayıcı tərəfindən iradnamə məhsullarda texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan, lakin aradan qaldırılması mümkün olan qüsurlar aşkar edildikdə, aradan qaldırılması mümkün olan metroloji qayda və norma pozuntusu aşkar edildikdə verilir.
İradnamədə qeyd edilmiş göstərişlərin müəyyən edilmiş müddət ərzində yerinə yetirilməməsi ölçmələr üzrə müəyyən edilmiş məcburi tələblərin pozulması ilə aparılan işlərin, müqayisəli yoxlamadan keçməyən ölçmə vasitələrinin istismarının, metroloji qayda və normalara uyğun olmayan ölçmə vasitələrinin istismarı, istehsalı və satışının və ya məhsulların (işlərin, xidmətlərin) istehsalının və ya satışa buraxılmasının qadağan edilməsi barədə tələbnamələrin verilməsi üçün əsasdır.
Tələbnamələr məhsul (iş, xidmət) və ya onun istehsalında istifadə edilən xammal texniki normativ hüquqi aktların tələblərinə cavab vermədikdə, məhsulların (işlərin, xidmətlərin) texniki normativ hüquqi aktların tələblərinə uyğun keyfiyyətdə sabit istehsalına, işlərin yerinə yetirilməsinə və xidmətlərin göstərilməsinə şərait olmadıqda, məhsul (iş, xidmət) standartlaşdırma üzrə texniki normativ hüquqi akt olmadan istehsal edildikdə, nəzarət olunmalı məhsul (iş, xidmət) fiziki və hüquqi şəxslər tərəfindən gizlədildikdə və dövlət nəzarətinin həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş şərait yaradılmadıqda, texniki normativ hüquqi aktların tələblərinin pozulması nəticəsində insan həyatı və ya sağlamlığı, ətraf mühit və dövlətin əmlak maraqları üçün təhlükəli olan məhsullar (işlər, xidmətlər) istehsal edildikdə və s. hallarda verilir. Müəssisənin rəhbəri yoxlamanı həyata keçirən səlahiyyətli orqanın vəzifəli şəxslərinin hərəkətlərindən (qərarlarından) inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilər.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.05.2019
“DOST” mərkəzləri əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə rahat şəkildə təminatı imkanlarını artıracaq
17.05.2019
Sahil Babayev və müavinləri vətəndaşlarla görüşüblər
17.05.2019
Azərbaycanda səfərdə olan nümayəndə heyətləri ilk DOST mərkəzində olublar
16.05.2019
Bakıda Avropa Regional Sosial Təminat Sammiti keçirilib
16.05.2019
İşəgötürən və işçinin qarşılıqlı razılığı ilə əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info