Ceyms Uorlikdən Dağlıq Qarabağ açıqlaması
Tarix: 24.06.2014 | Saat: 17:18:00 | E-mail | Çapa göndər


"Ötən ilin noyabr ayında hər iki prezidentin konstruktiv dialoqunun davamı olaraq yaxın zamanda daha bir sammiti təşkil edəcəyimizə ümid edirəm". Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.
C.Uorlik qeyd edib: "Biz prezidentlərin Fransa Prezidenti Fransua Ollandın yaxın zamanda Parisdə görüşmək təklifini qəbul edəcəyinə ümid edirik. İsveçrə Prezidenti Didye Burkhalterin "Strukturlaşdırılmış danışıqlar"a çağırışı da sülh prosesini irəlilədilməsi istiqamətində tərəflər üçün bir imkandır".
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəsin tez-tez pozulması hallarına münasibət bildirən C.Uorlik qeyd edib ki, həmsədrlər tərəfləri sülh prosesinə xələl gətirə və gərginliyin artmasına səbəb ola biləcək əməllərdən və ritorikadan uzaq olmağa çağırır: "Bu münaqişənin hərbi yolla həlli yoxdur. Bu kimi təxribatlar ümumi məqsədimiz olan bu regionun əhalisinin layiq olduğu firavanlıq və təhlükəsizliyi gətirə biləcək münaqişənin sülh və davamlı həlli istiqamətində irəliləyişi ləngidir".
Həmsədrlərin regiona növbəti səfərinə dair suala cavabında isə amerikalı həmsədr deyib: "Mən ya regionda, ya da başqa bir yerdə danışıqlarımızı tez bir zamanda davam etdirməyə səbirsizlənirəm. Hələlik növbəti görüşümüzün planlaşdırılması üzərində işləyirik".
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Jak For (Fransa), Fransadan olan yeni həmsədr Pyer Andryö və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik mayın 31-də Azərbaycanda səfərdə olublar. Azərbaycan rəhbərliyi ilə görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info