Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının təqvimini açıqlayıb
Tarix: 24.06.2014 | Saat: 19:40:00 | E-mail | Çapa göndər


Qafqaz Müsəlmanları İdarəsi (QMİ) müqəddəs Ramazan ayının təqvimini və günlük dualarını açıqlayıb.
QMİ-dən verilən məlumata görə, İdarənin Qazilər Şurasının fətvasına əsasən, miladi təqvimlə 29 iyun hicri tarixlə Ramazan ayının birinci günü, iyunun 28-i isə orucluğun niyyət gecəsidir.
Ramazan ayı 30 gün davam edəcək: "İnşallah, Şəvval ayı hilalının görünməsindən asılı olaraq Eyd-ül-Fitr - Ramazan bayramı namazı iyul ayının 28 və ya 29-da qılınacaq. Ona görə də Azərbaycan dövləti müsəlman dindarların tolerantlığını və qardaşlıq münasibətlərini nəzərə alaraq Ramazan bayramının iki gün - 28 və 29 iyul tarixlərində keçirilməsinə qərar verib".
Fətvada qeyd edilir ki, müqəddəs dinimiz orucluğun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtında (Ramazan ayının sonunda) çıxarılması və imkansızlara verilməsini və bununla da onlara bayram sevincini yaşatmağı tövsiyə edir. Fitrə canın sədəqəsidir və hər bir imkanlı müsəlmanın bu günün həyat şəraitinə uyğun olaraq ailənin hər bir üzvü üçün 5-10 manat civarında fitrə zəkatı verməsi Allahın buyruqlarındandır.
QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Əhya gecələri Ramazan ayının 18-dən 19-na (iyulun 16-dan 17-nə), 20-dən 21-nə (iyulun 18-dən 19-na), 22-dən 23-nə (iyulun 20-dən 21-nə), 26-dan 27-nə (iyulun 24-dən 25-nə) keçən gecələrə təsadüf edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info