Qaxda 21 əlil və şəhid ailəsi yeni mənzillərlə təmin edildi
Tarix: 24.06.2014 | Saat: 20:41:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Qax rayonunda inşa etdirilərək ötən ilin oktyabrında yarımçıq istifadəyə verilmiş 4 mərtəbəli 36 mənzilli yaşayış binasında boş qalmış 21 ədəd mənzildə təmir işlərini yekunlaşdıraraq müharibə əlillərinə və şəhid ailələrinə təqdim edib. Tədbirdə çıxış edənlər Prezident İlham Əliyev tərəfindən əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə, o cümlədən onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıdan söz açıblar. Bildirilib ki, indiyədək artıq 4300-ə yaxın mənzil inşa etdirilərək Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərək əlil olmuş vətəndaşlara və şəhid ailələrinə verilib. Cari ildə Beyləqan, İmişli, Goranboy və Tərtər rayonlarının hər birində 6 mərtəbəli 54 mənzilli, Şamaxı rayonunda isə 4 mərtəbəli 36 mənzilli yaşayış evləri də bu təbəqələrdən olan insanların istifadəsinə veriləcək.
Azərbaycan Prezidentinin 20 iyun 2014-cü il tarixli sərəncamı əlil və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm irəliləyişlərə şərait yaradır. Sərəncama uyğun olaraq, cari ilin əvvəlinədək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınıb, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin 2014-2018-ci illər ərzində mərhələli şəkildə mənzil və ya fərdi evlə təminatı həyata keçiriləcək. Belə bir sərəncamın imzalanması möhtərəm dövlət başçısı tərəfindən əlilliyi olan şəxslərə, şəhid ailələrinə göstərilən böyük diqqət və qayğının daha bir bariz nümunəsidir. ƏƏSMN Sərəncamın yüksək səviyyədə icrası istiqamətində bütün müvafiq işləri görəcək, Prezident qayğısının əlil və şəhid ailələrinə layiqli tərzdə çatdırılmasını təmin edəcək.
Yeni mənzil sevinclərini bölüşən əlil və şəhid ailələri Prezident İlham Əliyevin ölkəmizin dinamik və hərtərəfli tərəqqisini təmin etməklə yanaşı, sosial cəhətdən həssas əhali qruplarının rifah halının yaxşılaşdırılmasına da daimi olaraq diqqət və qayğı göstərməsindən, bu məqsədlə daha bir sərəncam imzalamasından razılıqlarını ifadə edib, dövlətimizin rəhbərinə minnətdarlıqlarını bildiriblər.

İlkin




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info