“Biz Bakı-Astraxan aviareysini bərpa etmək niyyətindəyik”
Tarix: 24.06.2014 | Saat: 20:55:00 | E-mail | Çapa göndər


Azərbaycan və Rusiya iki ölkə arasında nəqliyyat sahəsində olan problemləri bilir və bunları həll etməyə çalışır. Bunu bu gün keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumunun yekununda Rusiyanın nəqliyyat nazirinin müavini Sergey Aristov bildirib.
Onun sözlərinə görə, nəqliyyat daşımaları, istər dəmir yolunda, istərsə də avtomobil nəqliyyatı sahəsində iki ölkə arasında olduqca stabildir. O bildirib ki, yalnız bu il iki ölkə arasında nəqliyyatda 22 min sərnişin və 250 min ton yük daşınıb: “Azərbaycan və Rusiya arasında sərnişin daşımasında mövcud olan problemlərdən biri də sərnişindaşımada olan sərhəd keçidində vaxt itkiləridir. Sərhədi keçən sərnişinlər hər sərhəddə 2 saat itirməli olur. Biz görüşlər keçirmişik və bu vaxt itkisinin qismən aradan qaldırılmasına nail olunacaq”.
S. Aristov deyib ki, aviasiya sərnişindaşımasında vəziyyət daha yaxşıdır: “Bu gün iki ölkə arasında xeyli sayda sərnişin xətləri var. Biz Bakı-Astraxan aviareysini bərpa etmək niyyətindəyik. AZAL nə vaxt buna hazır olacaqsa, biz bunu həyata keçirməyə hazırıq. Çünki Astraxan vilayətinin rəhbərliyi bunda olduqca maraqlıdır”.
O qeyd edib ki, forumda Azərbaycan gəmilərinin Rusiya sularından keçməsi üçün vəziyyətin sadələşdirilməsi məsələsi də müzakirə olunub: “Biz bununla bağlı daxili sularda istifadənin sadələşdirilməsi ilə bağlı layihələr və proqram hazırlayırıq”.
Həmçinin nazir müavini deyib ki, Rusiya tərəfi olaraq iki ölkənin nəqliyyat əlaqələrinin genişləndirilməsində heç bir problem və çətinliklər görmür.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan qaldırıb”
26.09.2018
“Azerspace-2” peyki Kuru kosmodromundan orbitə buraxılıb
26.09.2018
Azərbaycan neftinin bir barreli 83,56 dollara satılır
26.09.2018
Yanvar-avqust aylarında elektrik avadanlığı istehsalı 3 dəfə artıb
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info