Azərbaycan və Rusiya əməkdaşlıq haqqında 11 sənəd imzalayıblar
Tarix: 24.06.2014 | Saat: 22:06:00 | E-mail | Çapa göndər


Azərbaycan və Rusiya iyunun 23-24-də Qəbələdə keçirilən V Azərbaycan-Rusiya regionlararası forumunun yekunları üzrə əməkdaşlıq haqqında 11 sənəd imzalayıblar.
Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi ilə Rusiya Regionla İnkişaf Nazirliyi arasında anlaşma memorandumu imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Rusiyanın regional inkişaf naziri İqor Slyunyayev imzalayıblar.
Həştərxan Turizm İttifaqı və Azərbaycan Turizm Assosiasiyası (AzTA), Ural Turizm Assosiasiyası və AzTA arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişlər imzalanıb. Bundan başqa, "Həştərxan Regional Kanalı" MMC və Azərbaycanın Regional Televiziyası arasında əməkdaşlıq haqqında saziş bağlanıb.
Həmçinin Rusiya İnvestisiya Agentliyi və AZPROMO (Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu) arasında anlaşma memorandumu imzalanıb.
Forum çərçivəsində Azərbaycan və Rusiyanın bir sıra şirkətləri arasında əməkdaşlıq haqqında sazişlər də imzalanıb. Əməkdaşlıq haqqında saziş Rusiyanın Rostov vilayətinin İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanın "Mətanət A" şirkəti, Rusiyanın "Aqroholdinq Starıy Sad" ASC və Azərbaycanın "STS Holdinq", "Dağıstan Ticarət Evi" ASC və Azərbaycanın "Azeksfrutet" şirkəti arasında imzalanıb. "Dagistan Steklotara" MMC və Azərbaycanın "Azərsun Holdinq" şirkəti, Dağıstanın "YuqAqroholdinq" MMC və Azərbaycanın "İnvestisiya Qrup" MMC arasında şüşə məmulatlarının tədarükü sahəsində müvafiq olaraq saziş və müqavilə bağlanıb.
Forumun yekununda Ş.Mustafayev qeyd edib ki, forum ikitərəfli əlaqələrin inkişafına öz töhfəsini verdi: "İmzalanmış sənədlər iki ölkə arasında əməkdaşlığın aktivləşməsinə xidmət edəcək".
İ.Slyunyayev isə deyib ki, tikinti, turizm və aqrar sahələrdə iki ölkə arasında əməkdaşlığın inkişafına xüsusi diqqət yetirmək lazımdır: "Rusiyada keçiriləcək gələn forumadək iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərini müəyyən etmək lazımdır. Biz il ərzində Azərbaycan müəssisələri üçün Rusiyanın regionlarında bir neçə biznes missiya keçirməyi təklif edirik".
Qeyd edək ki, ötən gün İnquşetiyanın İqtisadi İnkişaf Nazirliyi ilə AZPROMO arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanmışdı.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2019
Məşhur yumorist Maksim Qalkinin Heydər Əliyev Mərkəzində yaradıcılıq axşamı olub
15.11.2019
Xalq Cəbhəsində Azərbaycan cəmiyyətinin ən tör-töküntü təbəqəsi toplaşmışdı
15.11.2019
Məktəb psixoloqları üçün seminar keçirilib
15.11.2019
Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
15.11.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Masallı və Cəlilabadda vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info