“ASAN” tibbi sığortaya başlayır
Tarix: 24.06.2014 | Saat: 22:16:00 | E-mail | Çapa göndər


Fevral ayından sığorta xidmətlərinə başlayan ASAN Xidməti bu sahədə fəaliyyətini genişləndirməyə hazırlaşır. Bu barədə ASAN Xidmətinin sığorta işinin təşkili departamentinin rəis əvəzedicisi Səxavət Bədəlov fins.az-a bildirib.
Asan Xidmət mərkəzlərində sığorta xidmətlərinə fevraın 14-dən başlanıb. "ASAN Xidmət"in bu sahədəki tərəfdaşları “Atəşgah”, “Azsığorta”, “Azərbaycan Sənaye”, “Başak İnam”, “Alfa” və “Azərsığorta” şirkətləridir. S.Bədəlovun sözlərinə görə, xidmət mərkəzlərində hər ay 500-600 olmaqla, indiyə qədər təqribən 2500-ə qədər sığorta müqaviləsi bağlanılıb: "Müştərilər daha çox avtomobillərin və daşınmaz əmlakın icbari sığortası ilə maraqlanırlar. Bu isə həmin sığorta növlərinin icbari olması ilə bağlıdır. Məsələn, hər ay 200-250 avtomobilin icbari sığortası ilə bağlı müraciət olunur". Hər ay 20-30 səyahət müqaviləsi və 3-4 kasko sığorta müqaviləsi bağlanır.
Yaxın vaxtlardan etibarən isə "ASAN Xidmət"də tibbi sığorta xidmətləri də göstərməyə başlayacaq. Səxavət Bədəlovun sözlərinə görə, artıq sığorta şirkətləri ilə təkliflər razılaşdırılıb: "İyul ayının ilk on günlüyündən başlayaraq artıq ASAN Xidmətdə könüllü tibbi sığortanın növləri ilə bağlı satışlar həyata keçiriləcək”.
Hazırda sığorta xidmətləri yalnız ASAN Xidmət mərkəzlərində göstərilir. Bundan sonra isə sığorta müqavilələrini ASAN xidmətin avtobuslarında da bağlamaq mümkün olacaq. S.Bədəlov bildirib ki, səyyar xidmətdə də sığorta məhsulları satılacaq: ”10 gündən sonra sığorta xidməti göstərəcək şəxslərlə bağlı təlim yekunlaşandan sonra regionlarda xüsusi avtobuslarda göstərilən səyyar ASAN Xidmətdə də sığorta xidmətləri olacaq”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Ölkəyə milyonlar qazandıracaq sahə: meyvə suyu ixracı artıb
22.04.2019
Nazirlik 1-ci rübdə vergi sahəsində görülmüş işlər barədə məlumat yaydı
22.04.2019
Nazir: “Cari ildə TANAP-la Türkiyəyə 1,5 milyard kubmetrdən çox qaz nəql edilib”
22.04.2019
Bəxtiyar Aslanbəyli: “AÇG yataqlar blokunun işlənməsinə 36 milyard dollardan çox sərmayə qoyulub”
22.04.2019
Vergilər naziri “AmCham”ın nümayəndələri ilə görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info