İraqda yeni hökumət formalaşır?
Tarix: 24.06.2014 | Saat: 23:41:00 | E-mail | Çapa göndər


İraqda üsyançılar ölkənin ən böyük neft emalı kompleksini tam nəzarətə götürdüklərini bəyan ediblər. Bağdadın 200 km şimalında yerləşən Baydji şəhəri uğrunda döyüşlər 10 gün idi ki, davam edirdi. Qeyd edək ki, bu zavod İraqda yanacaq istehsal edən üçüncü ən böyük zavod sayılır.
BBC-nin müxbiri Jim Muirin ölkənin şimalından verdiyi xəbərə görə, Baydjidəki neft emalı kompleksini ələ keçirmək və işğal edilmiş əraziləri yanacaqla təmin etmək üsyançıların əsas ümdə məqsədlərindən biri idi.
Bazar ertəsi, İraq ordu komandirləri Suriya sərhədlərinin 60 km-liyində yerləşən strateji əhəmiyyətli şəhər sayılan Telafardakı hərbi aerodromun da “İraq İslam Dövləti” tərəfindən ələ keçirildiyini etiraf ediblər. Şəhərin yaxınlığından keçən və Mosulu Suriya ilə birləşdirən əsas magistral yolun da üsyançılar tərəfindən zəbt edildiyi bildirilir.
Qeyd edək ki, son iki həftədə üsyançılar Bağdadın şimal və qərbində, Suriya və İordaniya ilə sərhəddə bütün məntəqələri nəzarət altına götürüblər.
Bu arada “İraq İslam Dövləti”nin nümayəndəsi bildirib ki, əldə edilmiş neft emalı zavodu idarə olunmaq üçün yerli sakinlərə veriləcək. Onun sözlərinə görə, üsyançıların Bağdada hücumu davam etməkdədir. Onlar İraq və Suriyada sünni xilafətinin yaradılmasını başlıca məqsəd kimi qarşılarına qoyduqların elan ediblər.
Bu arada ABŞ dövlət katibi Con Kerri gözlənilmədən İraqa səfər edib.
İraqlı siyasi liderlərlə görüşən dövlət katibi ölkəyə "ciddi və uzun müddətli dəstək" verəcəyini vəd edib. Bununla yanaşı, o, sünni döyüşçülərin hücumunu İraqın mövcudluğu üçün ciddi təhlükə hesab edərək qarşıdakı günlərin, həftələrin ölkənin gələcəyi üçün həlledici olacağını bildirib.
İraqın baş naziri Nuri əl-Maliki və ölkənin aparıcı siyasətçiləri ilə görüş zamanı Kerri bəyan edib ki, ABŞ-ın dəstəyi İraq təhlükəsizlik qüvvələrinin daha səmərəli müqavimətinə imkan verir.
Qeyd edək ki, İraqın şiə çoxluğunun nümayəndəsi, baş nazir Nuri əl-Maliki ölkədəki əsas vəzifələrin şiə müttəfiqlərinin əlində cəmlənməsi, praktiki olaraq sünnilərin və kürdlərin idarəçilik prosesindən xaric edilməsinə görə, Qərbdə ciddi tənqid edilir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info