“Mən narkomaniyanı belə görürəm” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Tarix: 25.06.2014 | Saat: 01:11:00 | E-mail | Çapa göndər


Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) birgə təşkilatçılığı ilə paytaxtdakı orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mən narkomaniyanı belə görürəm” mövzusunda keçirilmiş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar. Ofisin rəhbəri Məzahir Əfəndiyev 26 iyun - BMT-nin Dünya Narkotiklər Əleyhinə Mübarizə Günü ərəfəsində keçirilən tədbirin əhəmiyyətindən söz açıb.
O bildirib ki, cəmiyyətdə, xüsusən gənclər arasında narkomaniyanın yayılmasına qarşı mübarizədə ölkənin əsas qeyri-hökumət təşkilatı sayılan ofis bu istiqamətdə maarifləndirmə, təbliğatı daha da gücləndirmək məqsədilə uşaq rəsmlərinin və şüarlarının seçilməsinə dair müsabiqə və sərgi keçirib. Paytaxtın bütün rayonlarının gənclər və idman idarələrinə müraciət edilmiş, müsabiqə elan olunaraq bu istiqamətdə rəsm və şüarlar toplanıb. Tədbirin təşkilində əsas məqsəd ictimaiyyətin diqqətini bu məsələyə cəlb etməkdir.
Qeyd olunub ki, BŞGİBİ, Azərbaycan Rəssamlar İttifaqı və Ofisin mütəxəssislərinin verdiyi rəylər əsasında qaliblər müəyyənləşdirilib.
BŞGİBİ-yə, Təhsil Nazirliyinə və digər təşkilatlara göstərilən dəstəyə görə minnətdarlığını bildirən M.Əfəndiyev vurğulayıb ki, cəmiyyət, xüsusən də məktəblilər belə tədbirlər vasitəsilə narkomaniyanın zərərləri haqqında kifayət qədər maariflənəcək, rəsmləri, şüarları vasitəsilə insanların sağlamlığı naminə narkomaniya əleyhinə təbliğatda fəallıq göstərərək bu işin qurulmasında özlərini lazımlı və gərəkli hiss edəcəklər.
BŞGİBİ-nın rəisi Raqif Abbasov, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, Azərbaycan Rəssamlar İttifaqının üzvləri Asif Rzayev, Həşim Elçiyev və digərləri çıxış edərək ümumbəşəri problem sayılan narkomaniya ilə mübarizədə müxtəlif təşkilatlar arasında əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ölkəmizdə bir sıra dövlət proqramlarının həyata keçirildiyini vurğulayan natiqlər bu sosial bəla ilə mübarizədə maarifləndirmə işinin daha da gücləndirilməsi, sosial çarxların artırılması, həmçinin belə tədbirlərin keçirilməsinin vacibliyini diqqətə çatdırılıb.
Sonra rəsm müsabiqəsinin qalibləri olan məktəblilər üç nominasiya üzrə mükafatlandırılıblar.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Yaxın zamanlarda dərman vasitələrinin ölkəmizə gətirilməsi qaydaları sadələşdiriləcək
26.09.2018
Qəbələli fermerlər bu il 75 hektar sahədə tütün yetişdiriblər
26.09.2018
Müşfiq Cəfərov: Aprel şəhidləri gənclər üçün əsl qəhrəmanlıq məktəbinə çevrilib
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info