Məxdumqulu Fəraqinin yeni tapılmış “Divan”ının təqdimatı olub
Tarix: 25.06.2014 | Saat: 01:13:00 | E-mail | Çapa göndər


Bugünlərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı İsmixan Osmanlı böyük türkmən şairi Məxdumqulu Fəraqinin indiyədək elmə məlum olmayan bir “Divan”ını üzə çıxarıb. Daşbasma üsulu ilə 1888-ci ildə nəşr edilən, 164 səhifədən ibarət bu kitab hazırda AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır.
Akademiyanın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu direktorunun müavini, filologiya elmləri doktoru Paşa Kərimov qısa müddətdə həmin “Divan”dakı şeirlərdən bir neçəsini transliterasiya edib. Şairin əsərlərinin nəşrləri ilə müqayisə zamanı müəyyən olunub ki, “Divan”dakı şeirlərin əksəri heç yerdə çap olunmayıb. Əlyazmalar İnstitutunda kitabın təqdimat mərasimi keçirilib.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tədbir iştirakçılarına yeni tapılmış kitab haqqında geniş məlumat verib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, akademiyanın Əlyazmalar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Teymur Kərimli Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov və Ədəbiyyat İnstitutunun əməkdaşı İsmixan Osmanlı çıxış ediblər. Səfir T. Komekov görkəmli şairin Azərbaycanda tapılmış yeni “Divan”ı barəsində ölkəsinə məlumat verdiyini söyləyib. Diplomat bildirib ki, ölkəsinin Daşoğuz vilayətində Türkmənistan həftəsi keçiriləcək. Diplomat bu tədbirə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmlər doktoru Paşa Kərimov və akademiyanın Ədəbiyyat İnstitutunun əməkdaşı İsmixan Osmanlının da dəvət olunduğunu bildirib. Bu tədbirlər çərçivəsində İsmixan Osmanlının hazırladığı Məxdumqulunun şeirlərindən ibarət “Seçilmiş əsərləri”nin təqdimat mərasiminin keçiriləcəyini də söyləyib. Diqqətə çatdırılıb ki, azərbaycanlı alimlər iyunun 25-dən 29-dək tədbirlərdə iştirak edəcəklər.
Qeyd edək ki, akademik İsa Həbibbəylinin təklifi ilə yeni tapılmış “Divan”ın transliterasiya və dilimizə tərcümə edilərək nəşrə hazırlanması nəzərdə tutulub.
Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10124

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info