“SOCAR Turkey Enerji” Türkiyənin ilk üç sənaye şirkətindən biri olacaq”
Tarix: 25.06.2014 | Saat: 01:14:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti olan “SOCAR Turkey Enerji” 2018-ci ilə qədər Türkiyənin ilk üç sənaye şirkəti arasında yer almaq niyyətindədir. Bu açıqlamanı şirkətin rəhbəri Kənan Yavuz verib. “Petkim” və “Star” neft emalı zavodlarının tikintisinə hazırlıq daxil olmaqla bu günə qədər qoyulan sərmayələr 4 mlrd. dolları ötüb.
2018-ci ildə zavodların işə düşməsi də daxil olmaqla, daha 6 mlrd. dollar həcmində sərmayə yatıracağıq” - deyə K. Yavuz şirkətin hədəfləri və sərmayə planlarından danışarkən məlumat verb. O, deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev İzmir şəhərinin Əliağa bölgəsindəki olarkən dövlət başçısına sərmayələrin son vəziyyəti haqda məlumat verilib: “2018-ci ildə hədəfimizin Türkiyənin ilk 3 sənaye şirkəti sırasına daxil olduğunu dedik. O, isə bizə birinci olmaq məqsədini qarşımıza qoydu”. “Petkim”in Əliağadakı kompleksdə olmasının üstünlüklərindən danışan K. Yavuz bildirib ki, “Star” NEZ-in inşası 5,7 mlrd. dollara başa gələcək: “Eyni NEZ-i Ceyhanda inşa etsə idik, 7 mlrd. dollar sərmayə lazım olacaqdı. Əliağa limanından dambaya münasib infrastruktur var. Bu infrastruktur isə bizə 1,3 mlrd. dollar əlavə xərcdən xilas edib. Həmçinin bu vəziyyət kredit tapılmasını da asanlaşdırdı”. K. Yavuz qeyd edib ki, Prezidentin qoyduğu 1 nömrəli hədəfə çatmaq üçün “Star” NEZ-ə daha bir neft emalı zavodu əlavə edilməlidir: “İndiyə qədər qeyd edilənlərə əlavə olaraq daha 10 mlrd. dollara sərmayə qoymaq lazımdır. Əlimizdə 50-yə qədər layihə reallaşma vaxtını gözləyir”. “Star” NEZ-in “Turcas Grupu”dan çıxmasından danışan K. Yavuz qeyd edib ki, hazırda “Star” NEZ yeni strateji tərəfdaş axtarır: “Bizimlə ortaq olmaq istəyən yerli və əcnəbi sərmayədarlar var. Biz yanımızda yerli sərmayədarın olmasını istəyirik”. Qeyd edək ki, “SOCAR Turkey Enerji” şirkəti yanacaq bazarının paylanma hissəsində işlərini genişləndirməyi planlaşdırır.
“webmanager.com.tr”




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info