“Avropa Oyunları azərbaycanlı idmançılara tarix yazmaq üçün əla imkandır”
Tarix: 25.06.2014 | Saat: 01:16:00 | E-mail | Çapa göndər


Atletika üzrə dördqat Olimpiya çempionu Maykl Conson Dənizkənarı Milli Parkda Beynəlxalq Olimpiya Günü münasibətilə keçirilmiş tədbirdə iştirak etmək, gənc və qələbəyə iddialı azərbaycanlı idmançılarla görüşmək üçün Bakıya gəlib. Səfər çərçivəsində M.Conson “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) əsas ofisində olub, qurumun işçi heyəti və Olimpiya çempionları ilə görüşüb.
Qonaq, həmçinin hazırda tikilməkdə olan Bakı Olimpiya Stadionu ilə tanış olmamışdan əvvəl gələn ilin yayında keçiriləcək Avropa Oyunları zamanı 9000-dən çox idmançı və rəsmi şəxslərin yerləşəcəyi Atletlər Kəndində olub. BEGOC-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, “Bakı-2015”in baş ofisində əfsanəvi M.Consonu salamlamaq və onu ilk Avropa Oyunlarına hazırlıq işlərinin gedişi ilə tanış etmək bizim üçün şərəfdir: “Atlet Olimpiya Oyunları barədə misilsiz biliyə malikdir. Onun öz təcrübəsini bizim heyətimizlə bölüşməsi və Azərbaycanın qələbəyə iddialı idmançılarına öz məsləhətlərini verməsi bizim üçün əla imkandır”. M.Conson qeyd edib ki, Bakıda olmaqdan və Azərbaycanda idmana göstərilən diqqət və qayğıdan zövq alıb: “Birinci Avropa Oyunları azərbaycanlı idmançılara uğur əldə etmək və tarix yazmaq üçün əlverişli imkan olacaq”. M.Conson yüngül atletika tarixində ən güclü sprinterlərdən sayılır və hazırda 400 metr məsafəyə qaçış üzrə Olimpiya və dünya rekordlarının sahibidir. O, eyni zamanda, 1996-cı ildən 2008-ci ilədək 200 metr məsafəyə qaçış üzrə Olimpiya və dünya rekordlarını yeniləyib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info