Ömər Eldarov Bakı Ali Neft Məktəbində olub
Tarix: 25.06.2014 | Saat: 16:32:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının xalq rəssamı, məşhur heykəltəraş, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov və prorektoru Səlhab Məmmədov Bakı Ali Neft Məktəbinin professor-müəllim və tələbə heyəti ilə görüşüb.
Qonaqları Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu ifadə edən rektor Elmar Qasımov, Ömər Eldarovun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib, onun Azərbaycanın elm və mədəniyyətinin inkişafında göstərdiyi misilsiz xidmətlərindən bəhs edib. O bildirib ki, Ö. Eldarov öz yaradıcılıq fəaliyyəti və xidmətləri ilə dünya şöhrətli heykəltaraşa çevrilib və Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində böyük işlər görüb. E. Qasımov qeyd edib ki, onun yaratdığı möhtəşəm əsərlər yalnız Azərbaycanda deyil, digər ölkələrdə də yerləşdirilib.
Daha sonra BANM-in rektoru Elmar Qasımov qeyd edib ki, bu il təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycanın bugünkü iqtisadi inkişafına böyük təsir göstərən, "Əsrin müqaviləsi"nin imzalanmasının 20-ci il dönümü münasibəti ilə Bakı Ali Neft Məktəbi və Azərbaycan Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə rəsm müsabiqəsi keçiriləcək.
Görüşdə çıxış edən Azərbaycan Respublikasının xalq rəssamı, məşhur heykəltəraş, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov BANM-ə dəvət edildiyi və yüksək səviyyəli görüş təşkil etdiyinə görə BANM-in rektoru E.Qasımova öz dərin təşəkkürünü bildirib. Azərbaycanda heykəltaraşlıq sənəti haqqında danışan Ö.Eldarov qeyd edib ki, incəsənətin bu növünə Azərbaycanda meyl o qədər yüksək olmasa da Azərbaycanın bu sahədə dünyada tanınan çox məşhur heykəltəraşaları var və gələcəkdə də olacaq.
Görüşün sonunda qonaq BANM-nin professor-müəllim və tələbə heyətinin çoxsaylı suallarını cavablandırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info