“Biz bunu Ukrayna ordusunun əhalinin seçim prosesinə mane olmasının qarşısını almaq üçün etmişdik”
Tarix: 25.06.2014 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


Rusiya Prezidenti Vladimir Putin Federasiya Şurasından Ukraynaya ordu yeritməyə icazə verməsi üçün xahişinin Krım ətrafındakı hadisələrlə bağlı olduğunu bildirib.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Putin Vyanada mətbuat konfransında bildirib.
O, deyib: “Mən Federasiya Şurasında belə bir məktub təqdim etmişdim. Mənim belə bir qərar verilməsinə dair xahişim Krımda o zaman baş verən hadisələrlə bağlı olub. Mən o zaman Silahlı Qüvvələrin istifadə olunmasını istisna etmirdim”. Rusiya Prezidenti həmçinin bildirib: “Allaha şükürlər olsun ki, Silahlı Qüvvələrdən istifadə olunmadı. Biz hətta Rusiya Silahlı Qüvvələrin Krımda beynəlxalq müqavilə ilə nəzərdə tutulmuş sayını belə artırmadıq”.
Putin əlavə edib ki, Rusiya Krımda keçirilmiş referendum zamanı əhalinin seçim azadlığının təmin olunması üçün ordu qüvvələrindən istifadə edib: “Biz bunu Ukrayna ordusunun əhalinin seçim prosesinə mane olmasının qarşısını almaq üçün etmişdik”.
Martın 1-də Rusiya Federasiya Şurası Putinin ordunun Ukraynaya mümkün yeridilməsinə dair təklifini yekdilliklə dəstəkləyib. İyunun 24-də Putin Federasiya Şurasına Ukrayna ərazisinə ordu yeritməyə dair icazəni ləğv etməyi təklif edib. Federasiya Şurasının bu gün bu məsələyə dair qərar verəcəyi gözlənilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info