İran XİN rəhbəri: “ABŞ-ın birtərəfli sanksiyaları digər ölkələrin daxili işlərinə müdaxilədir”
Tarix: 25.06.2014 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


BMT Təhlükəsizlik Şurasının və ABŞ-ın İrana qarşı tətbiq etdiyi qanunsuz sanksiyalar zalımcasına və beynəlxalq qanunlara ziddir. İRİB-in verdiyi məlumata görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ-ın birtərəfli sanksiyaları qanunsuz olmaqla yanaşı, həmçinin digər ölkələrin daxili işlərinə müdaxilə mənasına da gəlir: “Artıq İrana təzyiq və sanksiyaların təkrarı və müzakirələrdən əvvəlki vəziyyətə qayıdılması qərblilər üçün mümkün deyil. Çünki beynəlxalq arenada yaranmış atmosfer nüvə müzakirələrində heç bir nəticə alınmasa belə ABŞ-ın sanksiya mühitini keçmişdə olduğu kimi qüvvəyə keçirməsinə uyğun zəmin hazırlamağa imkan verməyəcək. Bu gün dünya ictimaiyyəti İran xalqının sülh və dialoq tərəfdarı olduğunu görür. İran heç vaxt zorbalığa və təzyiqlərə boyun əyməyəcək”.
M.C.Zərif deyib ki, İranın “qırmızı xətləri” ölkənin ali dini lideri tərəfindən müəyyənləşdirilir: “Ona görə də İranla “altılıq” ölkələri arasında keçirilən nüvə müzakirələri detalları ilə ali dini liderə hesabat şəklində təqdim edilir. İranın nüvə müzakirəçiləri üçün ali dini liderin strateji siyasətinin tətbiq edilməsi mühüm vəzifədir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info