İsraildə Azərbaycandakı tolerantlığa həsr olunmuş sərgi
Tarix: 25.06.2014 | Saat: 17:29:00 | E-mail | Çapa göndər


İsrailin Qafqazdan gedənlərin ən çox məskunlaşdığı qədim Akko şəhərində “Azərbaycan – tolerantlıq ölkəsi” adlı fotosərginin açılışı olub. Sərgi “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası (“Azİz”) tərəfindən Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Milli Tolerantlıq Mərkəzinin dəstəyi ilə təşkil olunub. Akko şəhər merinin birinci müavini Zeev Noyman, Or-Akiv və Kiryat-Yama şəhər şuralarının deputatları Yosi Peysarov, Marqarita Kazakova kimi fəxri qonaqlarln iştirak etdiyi tədbir böyük maraqla qarşılanıb. Fotosərginin açılışında şəhər merinin müavinləri Rauf Ağalarov, Zeev Noyman çıxış edərək Azərbaycandakı yəhudi icması, onların buradakı həyatı haqda danışıblar. Çıxışında “Azİz”-in fəaliyyətinə də toxunan Zeev Noyman deyib ki, təşkilat həyata keçirdiyi hər bir layihəsi ilə iki ölkə arasında mövcud əlaqələri daha da gücləndirir. O, eyni zamanda Azərbaycan Respublikasının dostluq və qarşılıqlı hörmətə əsaslanan siyasətinə də rəğbətlə yanaşdığını deyib. Çıxışlardan sonra proqramın bədii hissəsi baş tutub. Bu hissədə musiqiçilər Tomer Əliyev, Orli Abramova və “Rəqs edən mirvarilər” rəqs qrupu çıxış edib. Azərbaycan və İsrail Yazıçılar Birliyinin üzvü Anton Aqarunov şeirlərini Azərbaycan dilində səsləndirib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
04.12.2020
Regionlarda QHT-lərə təşkilati dəstək göstərilib
04.12.2020
Vəzifəm Azərbaycan ilə Rusiya arasında ticari - iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsinə kömək etməkdir
04.12.2020
“Şəhidlik yaxşı ölümdür“ deyirdi - Şəhid Tural Rəhimov
04.12.2020
Birlikdə böyüyüb, birlikdə döyüşən əmioğlular - Biri şəhid, digəri qazi
03.12.2020
Azərbaycan yeni hərbi-siyasi reallıq yaratdı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12129

1 Metyu Brayza: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri ola bilməz”
2 Зия Буниятов: “На Кавказе апостольской была Албанская, а не Армянская церковь“
3 Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov
4 Azan sədasında quşların möhtəşəm rəqsi - VİDEO
5 “LUKOYL-Azərbaycan” haqqında yayılan sorğu və kampaniya həqiqət deyil


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info