İraq ordusundan İŞİD-ə qarşı uğurlu əməliyyat
Tarix: 25.06.2014 | Saat: 17:59:00 | E-mail | Çapa göndər


İraq hərbi qüvvələri strateji əhəmiyyətə malik olan Beyci şəhəri üzərində nəzarəti yenidən bərpa edib. Bu barədə açıqlama verən hərbi qüvvələrin mətbuat katibi general leytenant Qasım Atta əl Musəvi bölgədəki İŞİD qüvvələrinin havadan endirilən zərbələr nəticəsində zərərsizləşdirildiyini qeyd edib.
İraq hərbi qüvvələri həmçinin Turaibil və əl-Valid məntəqələrini də silahlılardan təmizləyib. Kərkükdə isə silahlılar köçkün düşmüş ailələrə humanitar yardım aparan şəhər şurasının rəhbəri Munir əl-Qəfliyə öz avtomobilində hücum edərək öldürüblər.
Qeyd edək ki, İraqda yaşanan zorakılıqlar bu ölkəyə qonşu İranda etirazlara səbəb olub. Paytaxt Tehranda baş tutan aksiyaya on minlərlə insan qatılıb.
Etirazçılar İraqda yaşanan zorakılıqların Amerika Birləşmiş Ştatları və İsrail tərəfindən təhrik olunduğunu bildiriblər.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Malinin baş naziri və hökuməti istefa verib
19.04.2019
Londonda mitinq zamanı 400 nəfər həbs edilib
19.04.2019
Notr-Dam kilsəsində alışmaya səbəb qısa qapanma olduğu ehtimal olunur
19.04.2019
Avropa Parlamentinin Çinə çağırışı
18.04.2019
ABŞ-ın baş prokuroru Trampın Rusiya ilə əlbir olmadığını rəsmən bəyan edib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info