Səfirliyimiz erməni təxribatının qarşısını alıb
Tarix: 25.06.2014 | Saat: 19:35:00 | E-mail | Çapa göndər


Azərbaycanın Qətərdəki səfirliyi bu ölkədə fəaliyyət göstərən erməni diasporunun təxribatının qarşısını alıb. Səfirliyin yaydığı məlumatda bildirilir ki, Qətərin “Katara” mədəniyyət şəhərciyində fəaliyyət göstərən erməni-livan restoranı “MAMİG” fəaliyyət istiqamətindən uzaq təşviqat işləri ilə məşğul olaraq, ölkəmizin Xankəndi şəhərində yerləşən “Biz-dağlarımız” abidəsini erməni abidəsi kimi təqdim edərək Qətərdə çap olunan bir çox nəşrlərdə bunu işıqlandırıb. Abidənin restoranın rəmzi kimi onun qarşısında böyük ölçülü maketi təqdim edilib. Eyni zamanda, restoran reklam xarakterli dərclərdə ölkəmizin işğal olunmuş ərazisini “Dağlıq Qarabağ Respublikası” kimi təqdim edib. Azərbaycan səfirliyi tərəfindən aparılan təxirəsalınmaz, məqsədyönlü işlər və Qətərin müvafiq qurumlarında keçirilən görüşlər nəticəsində bu ölkədə fəaliyyət göstərən erməni diasporunun növbəti təxribatının qarşısı alınmış, restoranın fəaliyyəti Qətər dövlətinin müvafiq qurumları tərəfindən nəzarətə götürülüb, gələcək reklam xarakterli məlumatlarda bu kimi səhvlərə yol verilməyəcəyinə təminat verilib. Ən əsası restoranın qarşısında erməni abidəsi olaraq nümayiş etdirilən “Biz-dağlarımız” abidəsinin maketinin “Katara” rəhbərliyi tərəfindən Qətər Xarici İşlər Nazirliyinin xüsusi təlimatı əsasında götürülməsi təmin edilib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info