Rusiya Federasiya Şurası Ukraynaya qoşun yeridilməsi barədə qərarını ləğv edib
Tarix: 25.06.2014 | Saat: 19:40:00 | E-mail | Çapa göndər


Rusiya Federasiya Şurası prezident Vladimir Putinin müraciəti əsasında “RF Silahlı Qüvvələrindən Ukraynada istifadə olunması haqqında” qərarını ləğv edib.
“RİA Novosti”nin yaydığı xəbərə görə, qərarın lehinə 153, əleyhinə 1 senator səs verib. Xatırladaq ki, V. Putin iyunun 24-də Federasiya Şurası qarşısında Ukraynaya ordu göndərilməsi barədə qərarın ləğvi barədə məsələ qaldırıb. Onun mətbuat katibi Dmitri Peskov bildirib ki, məqsəd Ukraynanın şərq regionlarında vəziyyətin normallaşdırılması və yoluna qoyulmasıdır və bu addım tərəflər arasında danışıqların başlanması ilə əlaqədar atılıb. Qeyd edək ki, bu il martın 1-də Rusiya Federasiya Şurası V. Putinin Ukraynaya qoşun yeridilməsi barədə təklifini yekdilliklə qəbul edib. Bundan sonra Rusiya Ukraynanın Krım Muxtar Respublikasının ilhaqını həyata keçirib.
Müşahidəçilər Moskvanın son addımının ABŞ və Avropa Birliyinin Rusiya iqtisadiyyatına sektoral sanksiyalar tətbiq etməsinə yol verməmək məqsədi daşıdığını bildirirlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Putin-Makron: Rusiya ilə Aİ münasibətlərinin ziddiyyətləri azalmır
23.08.2019
Pakistan Kəşmir mövzusunda beynəlxalq ictimaiyyətə çağırış edib
23.08.2019
BMT TŞ ABŞ-ın qadağan edilmiş raket sınaqları məsələsini müzakirə etdi
23.08.2019
BMT-nin Hindistan hökumətinə çağırışı
23.08.2019
“Türkiyənin Şərqi Aralıq dənizindəki karbohidrogen axtarışı qətiyyətlə davam edəcək“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info