Regionlarda fövqəladə hallar sahəsində biliklər artırılır
Tarix: 25.06.2014 | Saat: 20:34:00 | E-mail | Çapa göndər


Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzi Ağcabədi Rayon İcra Hakimiyyətinin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması, texniki təhlükəsizlik qaydalarına əməl edilməsi sahəsində yerli icra hakimiyyəti və özünü idarəetmə orqanları ilə birgə müvafiq tədbirlərin həyata keçirilməsi, mülki müdafiə hazırlığının təşkil olunması” mövzusunda seminar-müşavirə keçirib.
Tədbirin məqsədi Qarabağ Regional Mərkəzinin inzibati ərazisində yaşayan və fəaliyyət göstərən insanların fövqəladə hallar sahəsində biliklərinin artırılması, onlara mümkün fövqəladə hadisələr zamanı düzgün davranış qaydalarının aşılanması, həmçinin su hövzələrində baş verə biləcək fövqəladə hadisələrin profilaktikası olub.
Ağcabədi Rayon İcra Hakimiyyətinin, idarə və təşkilatların məsul işçilərinin, kənd və qəsəbə inzibati ərazi nümayəndələrinin, bələdiyyə sədrlərinin və sahibkarların iştirak etdikləri tədbirdə FHN, onun qurumları, eləcə də Qarabağ Regional Mərkəzinin fəaliyyət istiqamətləri haqqında məlumatlar verilib. Regional Mərkəzin əməkdaşları tərəfindən fövqəladə hallar, onun növləri, fövqəladə hallar zamanı davranış qaydaları, mülki müdafiə barədə söhbətlər aparılmış, “Təbii və texnogen mənşəli fövqəladə hallar”, “Çimərliklərdə təhlükəsizlik qaydaları” və “Fövqəladə hadisələr zamanı 101 və 112 xidmətlərinə müraciət qaydaları” mövzularında çıxışlar olub.
Tədbirdə, həmçinin biçin mövsümü ilə əlaqədar olaraq dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi tədbirləri, meşəlik ərazilərdə yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələrdən də bəhs edilmiş, müşavirə iştirakçıları yüksək gərginlikli elektrik hava xətlərinin mühafizə zonalarında və ətraf sahələrdə yanğın hadisələrinin profilaktikası barədə qabaqlayıcı tədbirlərin aparılması ilə bağlı məlumatlandırılıblar. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info