Elmi kitabxanada təqdimat mərasimi
Tarix: 25.06.2014 | Saat: 21:24:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasinda universitetinin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov, biologiya üzrə fəlsəfə doktorları, dosentlər Elsevər Əsədov və Həbib Hüseynov, biologiya üzrə fəlsəfə doktoru Əli Tahirov və baytarlıq üzrə fəlsəfə doktoru Yunis Rüstəmlinin “Bal arısının xəstəlikləri və zərərvericiləri” adlı kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin elmi işlər üzrə prorektoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Mübariz Nuriyev universitet müəllimlərinin son elmi-tədqiqatlarının məhsulu olan yeni elmi monoqrafiya, dərslik və dərs vəsaitlərinin təbliğində Elmi kitabxananın rolundan, yeni nəşrin elmi əhəmiyyətindən bəhs edib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının zəngin flora və faunası, coğrafi mövqeyi, biomüxtəlifliyi ilə seçilən əlverişli təbiəti, relyef quruluşu, müxtəlif və məhsuldar torpaq örtüyü bu ərazidə qədim zamanlardan arıçılıq təsərrüfatı ilə məşğul olmasına əlverişli şərait yaradıb. Beş fəsildən ibarət, çoxsaylı elmi mənbələrə istinadən yazılmış yeni dərs vəsaiti həvəskar və peşəkar arıçılar, baytarlıq mütəxəssisləri, orta ixtisas və ali məktəblərin müvafiq fakültələrinin tələbələri, magistrlər, doktorantlar, müəllimlər, aqronomlar, ekoloqlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş faydalı bir əsərdir.
NDU-nun magistratura üzrə dekanı, biologiya üzrə elmlər doktoru Etibar Məmmədov məruzəsində Naxçıvanda arıçılığın inkişafının diqqət mərkəzində olmasından, bu günə qədər arıların bir çox xəstəlikləri, onların törədicilərinə qarşı mübarizə tədbirləri müəyyən edilməsindən danşmışdır. Qeyd olunmuşdur ki, respublikamızda arı xəstəlikləri haqqında bir neçə ədəbiyyat nəşr olunsa da yeni arı xəstəliklərinin aşkar edilməsi, onlara qarşı mübarizə vasitələrinin daim yenilənməsi, profilaktik tədbirlərin müasirləşməsi baxımından bu sahədə daha çox yeni elmi ədəbiyyatların yazılmasını və arıçıların məlumatlandırılmasını tələb edir. Bu baxımdan yenicə işıq üzü görmüş “Bal arısının xəstəlikləri və zərərvericiləri” adlı kitabı arıçılığın bir sıra aktual problemlərinin həllini özündə əks etdirən sanballı bir ədəbiyyatdır. Təqdimat mərasimində “Zoologiya” kafedrasının müəllimi, biologiya üzrə fəlsəfə doktoru dosent Asif Axundov, Baytarlıq kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru İsmayıl Məmmədov, Baytarlıq ixtisası üzrə II kurs tələbəsi Aynur Novruzlu çıxış edərək kitabın elmi məziyyətlərini izah edib, arıçılıq təsərrüfatı ilə məşğul olanların gündəlik stolüstü kitabı olacağını vurğulayıblar. Qeyd olunub ki, kollektiv elmi-tədqiqatların, birgə təcrübələrin məhsulu olan dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 2 aprel 2014-cü il tarixli əmri ilə, Naxçıvan şəhərində, “Əcəmi” nəşriyyatı tərəfindən nəşr olunmuşdur. Kitabda arı ölümlərinə səbəb olan faktorlar geniş işıqlandırılmaqla yanaşı, dünya alimlərinin son dövrlərdə əldə etdiyi nailiyyətlər də öz əksini tapmışdır.
Sonda müəlliflər kitabın araya-ərsəyə gəlməsində, təqdimat mərasimin təşkilində əməyi olanlara minnətdarlıq ediblər.
Təqdimat mərasimində müəlliflərin elmi-pedaqoji fəaliyyətlərini əks etdirən sərgi və slaydlar nümayiş olunub.

Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri





 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info