İtaliya yığmasının baş məşqçisi istefa verdi
Tarix: 26.06.2014 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


İtaliya millisinin DÇ-2014-də qrupda qalması istefalara səbəb olub. Qrup mərhələsinin III turunda Uruqvaya məğlub olaraq, mundialla vidalaşan 4 qat dünya çempionlarının baş məşqçisi Çezare Prandelli istefa verib.
O, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında bunları deyib: “Dörd il ərzində DÇ-yə gəlmək üçün çalışdıq. Amma bir qırmızı vərəqə hər şeyi məhv etdi. Heç bir zaman İtaliyada pul oğurlamaqla günahlandırılmaq istəmirəm. Məni ölkədə pul “yemək”də ittiham etdilər.

Bununla razılaşmıram. İstefa verdim və qərarımı dəyişməyəcəm”. İtaliya Futbol Federasiyasının prezidenti Cankarlo Abete də postundan gedib. Federasiya rəhbəri verdiyi açıqlamada mundialdan öncə bu qərara gəldiyini bildirib: “Mən Dünya Çempionatı başlamamışdan öncə bu qərara gəlmişdim ki, istefa verəcəm. Braziliyadakı uğursuzluq bunu tezləşdirdi. Çox üzgünəm”. Dünya Çempionatının C qrupunda III turun oyunlarından sonra daha bir məşqçi istefası reallaşıb. Fil Dişi Sahili yığmasının baş məşqçisi Sabri Lamuşi postundan gedəcəyini açıqlayıb. Onun komandası ilk turda Yaponiyaya qalib gəlib, ardınca Kolumbiya və Yunanıstan yığmalarına uduzaraq, qrupda qaldığından vəzifəsindən getməyi qərara alıb.




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
Daha beş güləşçimizin rəqibi müəyyənləşdi
17.06.2019
“Neftçi“ və “Səbail“in 5 potensial rəqibi açıqlandı
17.06.2019
“Çelsi“ “Barselona“ və “Atletiko“nun təklifini rədd etdi
17.06.2019
“Qarabağ“ın Çempionar Liqasında 5 potensial rəqibi məlum oldu
17.06.2019
“Pulu yox, oynamağı seçdim“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info