“Prezident AŞPA sessiyasında ölkənin lideri kimi Azərbaycanın mövqeyini ortaya qoydu”
Tarix: 26.06.2014 | Saat: 01:03:00 | E-mail | Çapa göndər


"Cənab Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında çıxışı zamanı güclənən, öz maraqlarını bilən və qoruyan, demokratiyaya bağlı olan bir ölkənin lideri kimi Azərbaycanın bir sıra məsələlərə dair mövqeyini ortaya qoydu. Eyni zamanda, AŞPA Nazirlər Şurasına yarım il rəhbərlik edəcək bir ölkə kimi Azərbaycanda demokratik cəmiyyət quruculuğundakı uğurlarımızdan danışdı". Bunu “Trend”ə millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, bununla belə, cənab Prezident qeyd etdi ki, Azərbaycanın bu gün əsas problemi qonşu Ermənistan tərəfindən ərazimizin bir hissəsinin işğal edilməsi və Azərbaycanın ərazi bütövlüyünün pozulmasıdır: "Dövlət başçısı bildirdi ki, Ermənistan beynəlxalq hüquq normalarını pozub və beynəlxalq birliyi bu məsələyə obyektiv münasibət bildirməyə, Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırdı. Hesab edirəm ki, cənab Prezident növbəti dəfə yüksək tribunadan Ermənistanın beynəlxalq hüquq normalarına riayət etməkdən imtina edən və sivil qaydaları qəbul etməyən bir ölkə olduğunu bir daha göstərdi və ikili standartlardan əl çəkərək Ermənistana qarşı müvafiq tədbirlər görülməsinə çağırış etdi. Çünki belə bir əməli digər ölkə etsəydi, çoxdan beynəlxalq aləmdən təcrid olunmuşdu, artıq sanksiyalara məruz qalmışdı. Ancaq Ermənistana qarşı yumşaqlıq edilir". Deputat bildirib ki, ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsindən birinin Ermənistana qarşı sanksiyalar tətbiq etməsi kifayətdir ki, Ermənistan qısa müddət ərzində Azərbaycanın ərazi bütövlüyünü tanıyaydı: "Azərbaycan Prezidenti bu qətiyyətli çıxışında növbəti dəfə Ermənistanı tənqid atəşinə tutdu və Ermənistanın artıq öz mövqeyini müdafiə etməkdə ciddi çətinliklər çəkməsi hiss edildi". A.Mirzəzadə qeyd edib ki, Azərbaycan Prezidentinin qlobal düşüncə tərzi, Azərbaycanda və dünyada baş verən hadisələr, cərəyan edən proseslər haqqında məlumatlılıq səviyyəsi, prinsipiallığı, qətiyyəti AŞ PA deputatları, ekspertlər, şərhçilər, yerli və xarici KİV-lər, sıravi vətəndaşlar tərəfindən yüksək qiymətləndirilib.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info