Erməni lobbisindən Qarabağla bağlı daha bir uğursuzluq
Tarix: 27.06.2014 | Saat: 16:20:00 | E-mail | Çapa göndər


ABŞ Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin yaydığı məlumatda bildirilir ki, komitə 2015-ci il üçün nəzərdə tutulan büdcəsinə dair dəyərləndirmə keçirib, dövlət və xarici əməliyyatlar təxsisatları qanununu təsdiq edib.
Dəyərləndirmə zamanı bildirilib ki, 2015-ci il üçün nəzərdə tutulan xarici yardım 48,3 milyard dollar təşkil edəcək ki, bu da 2014-cü ildəkindən 708 milyon dollar və ABŞ Prezidentinin 2015-ci il üçün tələb etdiyi məbləğdən 277 milyon dollar azdır.
Azərbaycan üçün müsbət məqam ondan ibarətdir ki, Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin qanun layihəsinin mətnində əvvəlki illərdə qeyd olunmuş "Dağlıq Qarabağ münaqişəsi qurbanlarına yardım" ifadəsi 2015-ci il üçün nəzərdə tutulan qanun layihəsindən çıxarılıb.
Erməni lobbisi hər il ABŞ Konqresinin Təxsisatlar Komitəsinə Dağlıq Qarabağ regionuna 5 milyon dollar məbləğində yardımın ayrılmasını təklif edir. Lakin Azərbaycan tərəfinin səyləri nəticəsində erməni lobbisinin və ermənipərəst konqresmenlərin təklif etdiyi məbləğ qəbul edilməyib. Həmçinin 2014-cü ilə qədər istifadə olunmuş ifadə də aradan qaldırılıb.
Qeyd edək ki, son illərdə erməni lobbisi Qarabağla bağlı maliyyə yardımları və uydurma qanunların qəbuluna çalışsa da ardıcıl olaraq uğursuzluğa düçar olur.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Ankarada birinci Türk Dünyası Qurultayı təşkil olunub
23.03.2019
“Ərdoğan Trampa meydan oxuyur”
23.03.2019
ABŞ İranın daha 31 şəxs və şirkətini sanksiya siyahısına saldı
23.03.2019
Meksika senatında Novruz bayramı təntənəsi
22.03.2019
ABŞ İrana qarşı sanksiyaları genişləndirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info