Azərbaycanın Litvadakı səfiri Şaulyay şəhərinin meri ilə görüşüb
Tarix: 27.06.2014 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Şaulyay şəhərinin meri Justinas Sartauskasın dəvəti ilə şəhər meriyasında olub. Azərbaycanın Litvadakı səfirliyindən verilən məlumata görə, H.Məmmədzadə J.Sartauskasla görüşdə Azərbaycan və Litva arasında qarşılıqlı münasibətlərin uğurla inkişaf etdiyini bildirib, ikitərəfli hökumətlərarası komissiyanın və parlamentlərarası dostluq qrupunun fəaliyyəti haqqında söz açılıb.
Səfir həmçinin Azərbaycanın son illərdə iqtisadi və sosial sahələrdə əldə etdiyi nailiyyətlər haqqında Şaulyay merinə məlumat verib.
Öz növbəsində J.Sartauskas Azərbaycan səfirini Şaulyay şəhərinin tarixi, mədəni abidələri və sosial-iqtisadi vəziyyəti barədə məlumatlandırıb.
Görüş zamanı həmçinin Şaulyay və Azərbaycanın şəhərlərindən biri arasında qardaşlaşma haqqında sazişin imzalanması məsələsi müzakirə olunub. Qeyd olunub ki, bu saziş iki şəhər arasında bütün sahələrdə əməkdaşlığın qurulması üçün imkan yaradacaq.
Sonra səfir H. Məmmədzadə Şaulyay şəhər icraiyyə komitəsinin deputatları, iş adamları, şəhər ictimai palatası və sənaye konfederasiyasının nümayəndələri ilə görüşüb. Görüşdə iqtisadi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.
H.Məmmədzadə həmçinin Şaulyayda yaşayan soydaşlarımızla görüşüb, onların problemləri lə maraqlanıb. Səfir soydaşlarımız arasında birliyin yaradılmasını tövsiyə edib, belə bir birliyin formalaşması və möhkəmləndirilməsi üçün səfirlik tərəfindən zəruri dəstəyin göstəriləcəyini bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
FHN-in Akademiyasında Nəsiminin yubileyi qeyd edilib
23.05.2019
“Son iclas” filmi Pirallahı gəncləri tərəfindən böyük maraqla qarşılandı
23.05.2019
Heydər Əliyev Fondu rayonlarda iftar süfrələri təşkil edir
23.05.2019
Şuranın dəstəyilə 178 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
23.05.2019
“Füyuzat Mərkəzi”nin açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info