Azərbaycanla müsbət müzakirələr nəticəsində məhbuslarımız ölkəyə ekstradisiya edilib
Tarix: 27.06.2014 | Saat: 18:14:00 | E-mail | Çapa göndər


İran Xarici İşlər Nazirliyinin sözçüsü xarici dövlətlərin həbsxanalarında cəza çəkən ölkə vətəndaşlarından danışıb.
“Fars” xəbər agentliyinin verdiyi məlumata görə, Mərziyə Əfxəm bildirib ki, Xarici İşlər Nazirliyi və ailələrinin dəstəyilə ilə İran xarici ölkələrdəki təmsilçilikəri çox sıx işlər görürlər: “İran təxminən 40 ölkə ilə məhbusların ekstradisiyası haqqında müqavilə imzalayıb. Ona görə də xarici ölkələrin həbsxanalarındakı iranlı məhbuslar məsələsi İran Xarici İşlər Nazirliyinin gündəmindədir. Biz həmin məhkumları cəzalarını öz ölkələrində çəkmələri üçün geri gətiririk. Bundan əlavə, xarici ölkələrin həbsxanalarındakı iranlı məhbuslara konsulluq xidməti göstərilir. Bir çox vətəndaşımız yetərincə məlumata sahib olmasına baxmayaraq səfərə çıxırlar və problemlərlə qarşılaşırlar”.
İran XİN sözçüsü daha sonra son aylarda Azərbaycanla İran arasında həyata keçirilən məhbus mübadiləsini nümunə kimi göstərib: “Azərbaycan rəsmiləri ilə bu ölkənin həbsxanalarında cəza çəkən İran vətəndaşlarının ekstradisiyasına dair həyata keçirilən müzakirələr müsbət nəticələnib. Belə ki, iranlı məhbuslar bir neçə mərhələdə 15-20 nəfərlik dəstələrlə ölkələrinə qayıdıblar və həbs cəzalarının qalan hissəsini İranda çəkəcəklər”.
M.Əfxəm deyib ki, xarici ölkələrin həbsxanalarındakı iranlı məhbusların əfv edilməsi, azadlığa buraxılması və ekstradisiyası üçün mümkün yollar araşdırılır: “Bu iş vaxt aparır, ancaq yaxşı nəticələnəcəyinə ümid edirik. Mütəxəssislərimiz onlara yardım göstərirlər”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal
20.09.2018
Şinzo Abe yenidən Yaponiyanın hakim Liberal Demokratik Partiyasının sədri seçilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info