Londonda “Böyük Britaniya - Azərbaycan Yüksək Texnologiyalar Forumu” keçirilib
Tarix: 27.06.2014 | Saat: 18:15:00 | E-mail | Çapa göndər


Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti Böyük Britaniyanın mədəniyyət, rabitə və kreativ sənaye naziri və İnternet İdarəçiliyi Forumunun baş katibinin dəvəti ilə London şəhərində səfərdə olub. Qlobal İnternet İdarəçiliyi Forumunun Nazirlər Toplantısında Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov çıxış edərək, ölkəmizdə bu sahədə aparılan islahatlar, eyni zamanda dünyada mövcud olan İKT və internet problemlərindən danışıb. Forum çərçivəsində nazir Əli Abbasov Böyük Britaniyanın mədəniyyət, rabitə və kreativ sənaye naziri Ed Vaizey, Pakistanın və Fransanın rabitə və informasiya texnologiyalari nazirləri ilə ikitərəfli görüşlər keçirib, əməkdaşlıq imkanları və gələcək perspektivlər müzakirə edilib. Səfər zamanı nazir Əli Abbasov Böyük Britaniyanın ticarət və investisiya naziri Lord Livinqstonla da qarşılıqlı investisiya əlaqələrinin genişləndirilməsi və təşviqi məsələləri ilə bağlı fikir mübadiləsi aparıb, daha sonra London meriyasının rəhbərliyi ilə görüşüb. Bundan başqa, “Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa regionu üzrə əlaqələndiricisi Trudy Norris-Grey ilə keçirilən görüşdə istifadədə olan kompyuter sistemlərinin leqallaşdırılması məsələləri barədə müzakirələr aparılıb və digər bir neçə texnoloji şirkət rəhbərləri ilə görüşlər keçirilib. Nazir Böyük Britaniyanın İmperial Kollecində kimya mühəndisliyi laboratoriyasının fəaliyyəti ilə yaxından tanış olub, ölkəmizin müvafiq ali məktəblərində kadr hazırlığında belə laboratoriyaların təşkilinin vacibliyini vurğulayıb. Daha sonra hər iki tərəfdən 150 nəfərin iştirakı ilə “Böyük Britaniya - Azərbaycan Yüksək Texnologiyalar Forumu” öz işinə başlayıb. Forum Azərbaycanla Böyük Britaniya (BB) arasında rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlığın daha da gücləndirilməsi, ölkəmizdə bu sahənin inkişafı üçün mövcud olan imkanlar barədə Britaniya şirkətlərinin məlumatlığının artırılması, sahə üzrə təcrübə və innovasiyaları təşviq etmək məqsədi daşıyıb. “Dorchester Hotel”-də təşkil edilən forumun açılışında nazir Əli Abbasov, Böyük Britaniya parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistan ilə ticarət məsələləri üzrə elçisi Çarlz Hendri giriş nitqi ilə çıxış ediblər. Daha sonra Azərbaycan şirkətləri tərəfindən həyata keçirilən təqdimatlarda ölkəmizdə bu sahədə aparılan islahatlar, görülən işlər, perspektiv planlar haqda ətraflı məlumat verilib. Qeyd edilib ki, Azərbaycan hökumətinin hədəfi texnoloji infrastruktur və xidmətlərin beynəlxalq standartlar səviyyəsinə çatdırılması, aerokosmik, nüvə, nanotexnologiya, biotexnologiya, elektronika istiqamətləri də daxil olmaqla, yüksək texnologiyalar sahəsində elmi və texnoloji potensialın inkişaf etdirilməsi, informasiya təhlükəsizliyi və insan resurslarının təkmilləşdirilməsi vasitəsilə e-hökumətin rolunun artırılmasıdır. Forum iştirakçılarına nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti, Yüksək Texnologiyalar Parkının fəaliyyət istiqamətləri, eyni zamanda “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi, Azərbaycanın Şərqlə Qərb arasında İKT mərkəzinə çevrilməsinə xidmət edən ilk telekommunikasiya peyki “Azerspace-1”, orbitə 2016-cı ildə buraxılacaq müşahidə peyki, 2017-ci ildə buraxılacaq ikinci telekommunikasiya peyki, Sumqayıt Texnologiyalar Parkı, öz yenilikləri ilə seçilən “Ağ şəhər” layihəsi və yerli startaplarla bağlı məlumat verilib. Həmçinin vurğulanıb ki, rabitə və yüksək texnologiya sektorunun inkişafına yönəldilən dövlət investisiyalarının hədəfi 2020-ci ilə qədər bu sahədə əldə olunan gəlirlərin artırılmasına bağlıdır. Böyük Britaniya şirkətlərinin təqdimat mərasimindən sonra tərəflər arasında B2B (Business to Business) formatında görüşlər keçirilib, qarşılıqlı əlaqələr və gələcək perspektivlər müzakirə olunub. Forum Azərbaycan hökuməti tərəfindən təşkil edilən mədəni tədbirlə başa çatıb. Forumda Azərbaycanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov iştirak edib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info